Eyni gündə iki müəllimin işdən xaric edilməsinin TƏFƏRRÜFATLARI- (REPORTAJ)
2-05-2017, 20:22
Bir ailədən eyni gündə iki müəllimin işdən xaric olunması ölkə gündəmində müzakirə olunan mövzulardandır.
Dünən aldığımız informasiyada göstərilirdi ki, bu gün həftənin ilk dərs günü müəllimlərinin işdən xaric olunmasına etiraz əlaməti olaraq yuxarı sinif şagirdləri dərsə gəlməyəcək və beləliklə öz təbirincə müəllimlərinə sevgilərin bildirəcəkdilər.Məsələnin ciddiliyini nəzərə alıb bu gün səhər saatlarında artıq Neftçala rayonu Mayak kəndində idik...
Bir mərtəbədən -130 şagirddən ibarət kiçik məktəb.Məktəbin direktoru Elşən Ağalarov sinifdə davamiyyəti yoxlamağa imkan vermədən otağına dəvət edir, və suallar:
-Əflatun müəllimin işdən xaric edilməsinə səbəb kimi siyasi loyallıq, əmək müqaviləsini pozması göstərilir.Bu hansı qaydada müəyyənləşdi, necə qərara gəlindi?
-Məktəbin həmkarlar ittifaqının, pedaqoji şuranın rəyi ilə işdən xaric olundu.
-Elşən müəllim, maraqlı məqama toxunduz-həmkarlar ittifaqı.Bildiyimiz qədəri ilə həmin həmkarlar ittifaqının sədri elə Əflatun müəllimdir.
-Əflatun müəllim fevral ayından artıq o ittifaqda təmsil olunmur.
-Bura gələrkən çox əziyyət çəkdik.Neftçal-Salyan magisrtal yolundan bura qədər təxmini 9-10 km çala-çuxur yollar...Ömrünün 28 ilini istidə, şaxtalı havada bura gəlib millətin övladlarını aydınladan müəllimin işdən çıxarılması bura qədərmi vacib idi?
Eyni gündə iki müəllimin işdən xaric edilməsinin TƏFƏRRÜFATLARI- (REPORTAJ)
-Məktəblərdə təlim-tərbiyə ilə bağlı müvafiq tapşırıq var və onun əsasında müəllimlərin etik davranış qaydaları nizamlanır.Əflatun müəllimdə bu qaydaları pozub deyə işdən xaric edilib.
-Bizdə olan məlumata görə 130 nəfərlik şagirddən heç 30 nəfər belə gəlməyib.
-Biz birinci siniflərə bir həftəlik tətil vermişik.Bu tətil mayın birindən beşinədək nəzərdə tutulur və 45 şagird birinci sinifdə oxuyur.Buna görədə sinif otaqları boşdur. Tənəffüs vaxtıdır amma sakitçilikdir.Bizim məktəb nizam intizamla idarə olunan məktəbdir.
-Dünən radaksiyamıza gələn zəngdə vurğulanırdı ki, həftənin ilk dərs günü müəllimlərinin işdən xaric olunmasına görə şagirdlər dərsləri boykot edib.Buna nə deyəcəksiniz?
-İndi bu hakimiyyətin əleyhinə çıxmaq deyilmi?! Şagirdin işi davamiyyətə riyaət etmək, dərslərinə sıx bağlanmalıdır.Belə bir hal yoxdur.
-O zaman elə sizinlə birlikdə sinif otaqlarına gedək və reallığın şahidi olaq.Davamiyyət qaydasında olacağı halda biz "bir nəfərdə gəlməyib" yazası deyilik axı...
-Yox, bura qədər suallarınıza cavab verdim.Amma sinif otaqlarını gəzməyə imkan verməyəcəm.Yazın ki, Elşən müəllim icazə vermədi.Elə belədə yazın.İcazə kağızınız olmalıdır, ona görə də mən sizi sinif otaqlarına baxmağa imkan yaratmayacam.
-Elşən müəllim, arqumentiniz yetərli deyil.Söhbət şagirdlərin dərsləri boykot etməsindən gedir.Burada mətbuatın işi reallığı göstərməkdir.İndi biz 9 km geri qayidib bir o qədər rayon təhsil şöbəsinə getməliyik. Kağız alıb gələnə qədər bayaq qeyd etdiyiniz birinci sinif şagirdlərini də tətil olmasına baxmayaraq sinif otaqlarına yığa bilərsiz.Ona görə məsələni qəlizləşdirmədən elə sizinlə sinif otaqlarının durumuna baxaq.
-Yox, mən deyən kimi yazın, yazın ki, Elşən müəllim sinif otaqlarını gəzməyi icazə vermədi.
Eyni gündə iki müəllimin işdən xaric edilməsinin TƏFƏRRÜFATLARI- (REPORTAJ)
Direktorun təkidini görüb geri informasiyasız qayıda bilməzdik.Ona görə də açıq sinif otaqlarına elə direktorun yanında boylanıb mənzərənin şahidi oluram.Deməli, Əflatun Əhməzadənin sinif rəhbəri olduğu otaqda cəmi iki şagird var.Sonradan onların adlarını öyrənə bilirik.Şəmsəddin və Suriddin.Digər sinifdə isə 6 şagird.Digər iki otaq boşdur və yəqin ki, tətilə buraxılan birinci siniflərin otağıdır.Direktordan aralanıb məktəbin arxasına keçib idman oyunlarını keçirilməsi üçün ayrılan yerə baxıram.Elə bu zaman bir mərtəbəli məktəbin otaqları açıq-aydın görünür.Bizə məlumat verildiyi kimi həqiqətən də davamiyyət çox aşağı səviyyədə.Geri qayıdarkən kənd sakinləri bildirir ki, bayaqdan kəndə soraq veriblər ki, hər kəs dərsdə iştirak eləsin.Dərsi getməkdən uşaqlar imtina edib. Bu gün orda gördüyünüz şagirdlərin çoxunun valideynləri və yaxın qohumları dövlət orqanlarında çalışanlardır.Məktəbin arxasında köhnə Kombinatın binası ya tezliklə təmir olunub hər hansı idarə obyekti kimi fəaliyyətə verilməlidir ya da sökülməlidir.Köhnə binanın hər ən aşmaq təhlükəsi var və bu da şagirdlərin həyatına təhlükə yarada bilər.Bundan əlavə məktəbə adı verilən şəhid Mahir Sadıqovun büstü dağılmaqda və ətrafı alaq otları ilə əhatələnmiş durumdadır.
Mayak kəndindən ayrılıb növbəti səfərimiz Neftçala şəhər 3 saylı orta məktəbədir.DirektorVüqar Dadşovla elə məktəbin qarşısında rastlaşırıq.
-Vüqar müəllim, məktəbin rus dili və ədəbiyyatı fənnini tədris edən Ülkər Əhməzadənin işdən xaric edilməsi ilə bağlı mövqeyinizi öyrənmək istəyirdik:
-Mətbuat həmişə çalışır hadisələri kondeksindən çıxara, sensasiya xatirinə yazı dərc edə.Ülkər müəllimə ilə normal həmkar münasibətimiz olub.Onun özünə də dəfələrlə bildişmişəm ki, özünə və əqidəsinə hörmət edirəm. Sadəcə dərs vaxtı siyası təbliğat aparmasıdır və bunu da dəfələrlə qeyd etmişik.Məktəbin həmkarlar şurası tərəfindən də bu hallar nəzərə alınaraq işdən xaric edilib.
-Müəllim, maraqlı məqam çıxır ortaya, bir gün ərzində bir ailənin iki üzvü işdən xaric edilir.Ailənin bir üzvü Neftçalada, digəri Saatlıda olsaydı yenədə anlaşılan olardı.Amma eyni gündə, eyni rayonda, Bir ailənin iki üzvü bu bir az qaranlıq qalan məqamlardandır...
-Mənim məktəbimə aid deyil, harada nə baş verirsə bizlik deyil, sadəcə deyirəm təsadüf ya zərurət eyni gündə işdən çıxarılıblar.Bayaqda qeyd etdim ki, dərs vaxti siyası təbliğat aparıb və buda müəllimlərin peşə fəaliyyətinə zidd olduğu üçün işdən xaric edilib.
Xatırladaq ki, Ülkər Əhmədzadə bu məktəbin rus dili və ədəbiyyatı fənnini tədris edib və yanvar ayında təltif edilib.
Hər iki işdən xaric olunan müəllimlərin dərs keçdiyi məktəblərdə işimizi yekunlaşdırıb, Neftçala Təhsil şöbəsinə yollanırıq.
Eyni gündə iki müəllimin işdən xaric edilməsinin TƏFƏRRÜFATLARI- (REPORTAJ)
Təhsil şöbəsinin müdiri Əjdər Kərimovla müsahibə:
-Əjdər müəllim gəlişimizin səbəbini deməyə ehtiyac yəqin ki, yoxdur.Mətbuatda kifayət qədər işıqlandırılıb və tərəflərin mövqeyi də işıqlandırılıb.Ölkə gündəmini zəbt edən mövzunu təfərrüfatı lə araşdırmağa çalışdıq.Ümumi olaraq müəllimlərin işdən çıxarılmasına nə deyərdiniz?
-İşdən xaric olunan Əflatun Əhmədzadə və Ülkər Əhmədzadə məktəbin daxili nizam qaydalarına zidd əməllərinə görə işdən çıxarılıb.Dərs vaxtı siyasi təbliğat aparıblar və buda həmin məktəblərin həmkarlar ittifaqı tərəfindən qeyd olunub və bizə məlumat verilib.Biz hər bir şəxsin siyasi baxışına hörmət edirik , amma məktəb siyasi təbliğat aparılması üçün yer deyil.Əflatun müəllim AXCP-nın rayon təşkilatının sədridir, Ülkər Əhməzadə isə partiya üzvüdür.Yenə də qeyd edirəm insanların siyasi baxışı öz seçimləridir və buna kimsə qarışa bilməz.
-Dünən bizə məlumat daxil oldu ki, həftənin ilk dərs günü şagirdlər müəllimlərinin işdən xaric olunmasına etiraz olaraq dərs gəlməyəcəklər.Bu gün 1saylı Mayak məktəbində olarkən deyilənlərin doğru olduğunu, 15 nəfərlik sinifdə iki şagird-Şəmsəddin və Suriddin adlı şagirdlər gəlmişdi. Digər otaqlarda da mənzərə eyni idi.
-Şagirdlərin Əflatun müəllimə qarşı münasibətinə təbii yanaşıram. Şagirdlərin müəllimə qarşı rəğbəti olmalıdır, müəlimlərinə, sinif rəhbərlərinə xüsusi münasibət göstərilməlidir.
-Əflatun müəllimin işdən xaric olunmasında göstərilir ki, həmkarlar ittifaqının qərarı olub.Burada maraqlı məqamlardan biri də həmin həmkarlar ittifaqının sədri məhz elə Əflatun müəllimdir.Necə ola bilər ki, sədri olduğu qurumda işdən xaric olunması ilə bağlı çıxarış olur, amma özü məlumatsızdır?
-Həmkarlar ittifaqı ilə bağlı bildirim ki, həm məktəb təşkilatlarının sədrləri, həmçinin rayon komitəsinin sədrinin seçkisi yanvar ayında keçirilir və yanvar ayında həmin məktəbin sədri dəyişilib.Amma Əflatun müəllim sədrə aid olan möhürü verməkdən imtina edib, bununla bağlı direktor protokol tərtib edib.
-Əflatun müəllim mətbuata açıqlamasında xüsusi vurğuladığı məqam isə, bu işin İcra Hakimiyyəti tərəfindən olduğu, aprelin 25-i rayon təhsil şöbəsinə çağırılması və AXCP sıralarından xaric olunması, 8 aprel mitinqində iştirakı ilə bağlı izahat tələb olunub. Sizinlə görüş zamanı İcra başçısının müavini Gültəkin xanımın zəngi və izahat alınıb-alınmaması ilə bağlı telefon danışığının şahidi olduğunu qeyd edir...
-Bizdə bu gündə müxtəlif məktəblərdə siyasi baxışları fərqli olan müəllimlər var.Yenə də vurğulayıram ki, insanların dini inancı, siyasi baxışlarına görə təqibdən söz gedə bilməz.Görüş zamanı zəngə gəlincə bu Əflatun müəllimin öz qənaətidir".
Uluyol.info olaraq sonda Əftatun müəlimlə əlaqə saxladıq.Əflatun Əhməzadə redaksiyamıza bunları qeyd edir:
"Bütün reallıqlar çılpaqlığı ilə ortadadır.Sadəcə bizim işimizə xitam verərkən o qədər tələskənliyə düşüblər ki, indi öz dediklərini elə özləri təkzib edir.Mənim həmkarlar ittifaqından çıxarılmağımdan başlasaq... Necə olur ki, yanvar ayında seçki keçirilir və mən həmin ittifaqdan xaric edilirəm.Mən isə işdən çıxarıldıqdan sonra tanış oluram. Əgər elə idisə 4 ay başqasına aid olan möhür məndə nə gəzir? İsti bilməmişəm, şaxta bilməmişəm bu yolu qətt edib edib millətimin övladlarına təhsil vermişəm. Desinlər pis müəllimdir, şagirdləri hazırlaşdıra bilmir. Demirlər, dəməzlər. Çünki, uzun illərdir şagirdlərimim yüksək bal toplayaraq universitetlərə qəbul olur.Mən bu qədər siyasi basqı olduğunu bilərək, qanunlarımızın aliliyi üçün mübarizə aparan biri kimi qeyri-qanuni yolla təbliğatmı aparacam?! Sadəcə ortada qisasçılıq var.Mən mətbuata açıqlamamda vurğulamışdım.Bir daha qeyd edirəm, bizi aprelin 25-i rayon təhsil şöbəsinə AXCP-dən ayrılmağımız üçün çağırmışdılar.8 Aprel miitnqində iştirakımızla bağlı izahat tələb edirdilər.Açığı mən həmin gün müəyyən səbəblərdən mitinqdə iştirak etməmişdim.Amma edib-etməməyim kimisə ilgiləndirməz.Başladılar ki, dərs vaxtı mitinqə getmisən. Sonra mitinqin tarixinin heç də dərs günü olmadığı qeyd etdim. Bir sözlə bütün bəhanələri sınadılar və məndə tutarlı arqumentlərlə ifşa etmişəm.Bu təqiblər ilk deyil, nədə düşünmürəm ki, bundan sonra dayandırıla.Həmişə seçki öncəsi, mitinq vaxtı belə basqılar olub. Amma bu dəfə təmiz absurd qərar verdilər. Ailədən iki nəfərin eyni gündə müxtəlif məktəblərdə dərsdən xaric olunması gülməli haldır.Heç olmasa birimizi çıxarıb, digərimizlə də növbəti tədris ilində müqavilə bağlamazdılar. Tapdanmış hüquqlarımızı bərpa edənə edən mübarizə aparacıq.Məhkəmə instansiyalarına müraciət edəcəyik. Bu təkcə bizim ailəyə deyil.Azərbaycan cəmiyyətinə qarşı həqarətdir.Şəhidlərimizin qanı ilə yazılan qanunları hərə istədiyi kimi istifadə edə bilməz.Bunlar zənn elədi ki, bizi işdən çıxararaq, maddi durmuzun ağırlaşacaq və mübarizəmizi dayandıracıq.Gedib fəhlə işləyərəm, ailəmə bir tikə halal çörək gətirərəm. Amma haqq bildiyimi inkar etmərəm."
Uluyol.info, Saday FƏRƏCOV