Təkamül, yoxsa yaradan - Həyatın yaranma fəlsəfəsi

3-05-2017, 14:29           

Amma əsas sual cavabsız qalır: bu genlər özü haradandır? Beləliklə, Darvinin "növlərin mənşəi" məsələsi "genlərin mənşəi" məsələsinə çevrilir.
Konflikt bununla bitmir. Digər bir ziddiyyətlə mən GENETİK KODu tələbələrə izah edərkən qarşılaşdım. Genetik koddan bəhs edərkən
(Əslində alimlər 1944-cü ilədək DNT-nin xromosomlarda dayaq rolundan artıq bir funksiya daşıdığına inanmırdılar. Zülalların (20 cür amin turşudan təşkil olunmuş) daha informativ olub irsi informasiya saxlamaq rolunu daha uyğun olduğunu düşünürdülər. Bəs bu inama niyə kölgə düşdü?
Burada əsas rolu amerikan bakterioloqu O.Everinin rəhbərlik etdiyi qrupun tədqiqatları oynadı. Onlar uzun müddət pnevmokoklar üzərində transformasya hadisəsini öyrənirdilər. Alimlər biri patogen (xəstəlik törədən), digəri isə patogen olmayan iki növ pnevmokok götürərək xəstəlik törədənləri istiliklə öldürdükdən sonra onları sağlam qeyri-patogen pnevmoklarla qarışdırdılar. Bu eksperiment nəticəsində məlum oldu ki, xəstəlik törətməyən pnevmokokların bəziləri bu əməliyyatdan sonra naməlum səbəbdən patogenlik qazanmışlar. Deməli, ölü patogen bakteriyalardan "nə isə" sağ qeyri-patogen bakteriyalara keçir. Everi və əməkdaşları sübut etdilər ki, patogenlik ölü bakteriyadan sağ bakteriyaya yalnız DNT vasitəsilə keçir. Nə zülallar , nə hüceyrənin digər tərkib hissələri transformasiyada rol oynamır.
Everinin bu təcrübəsi irsiyyət maddəsinin, yəni genlərin DNT olduğunu isbat edən ilk iş idi.
Genetiklər çox çətin vəziyətdə qaldılar. Everinin təcrübəsinə şübhə etmək mümkün deyildi, amma hər kəsin inandığı "irsiyyət maddəsinin zülal olduğu" fikrindən də əl çəkmək asan deyildi.
Təcrübənin nəticələrinin tibbi jurnalda dərc olunmasına baxmayaraq, o, tibb işçilərindən çox genetiklərin, fizik və kimyaçıların diqqətini cəlb etmişdi. Bunun da öz səbəbi vardı.
19cu əsrin birinci yarısı fizika və kimyanın sürətlə inkişaf etdiyi bir dövr oldu. Bu sahələrdə həm güclü texniki imkanlar (rentgenquruluş difraktometri, spektroskoplar və s.) həm də nəzəri cəhətdən hazırlıqlı alimlər var idi. 30-cu illərdə onlar artıq öz sahələrində potensiallarına uyğun diqqətə layiq tədqiqat obyekti tapmayıb nəzərlərini bioloji makromolekkullara çevirdilər. Beləliklə, nəzəriyyənin güclü olmadığı biologiyaya hər problemi eksperimentlə yanaşı nəzəriyyə irəli sürməklə həll etməyə alışmış fizik və kimyaçıların yönəlməsi bu sahədə saslı dönüş yaratmaya bilməzdi)
onun özəlliklərindən birinin universallıq, yəni bütün canlılar üçün eyni olmasını göstərmişdik. Deməli, ilk zülallara sahib ən bəsit orqanizm yarandığı andan, bəlkə ondan da əvvllədən, bütün zülallar üçün 20 növ amin turşu öngörülmüşdür.
Kiçik bir hesablama aparaq. Sadəcə 20 amin turşu ardıcıllığından ibarət polipeptidlərin mümkün olan sayı 20 20 kimi astronomik bir rəqəm təşkil edir. Əgər orqanizmlərdəki zülalın orta uzunluğunun 300 amin turşu qalığından ibarət olduğunu nəzərər alsaq, mümkün olan müvafiq zülalların sayını rəqəmlə ifadə etmək imkansızdır. Bu saydan, indiyə qədər mövcud olduğu bütün müddət ərzində olub keçmiş canlılar yalnız çox cüzi bir hissəni ifadə etmişlər.
Deməli, 20 aminturşu fövqəladə bir izafilikdir və təkamül ideyası ilə heç uymur.
Bir halda ki, lap başlanğıcdan bütün mümkün ola biləcək ən mürəkkəb orqanizmlər gərəkli zülalları sonsuz artıqlaması ilə təmin edə biləcək 20 aminturşuluq universal bir kod yaranmışdır, burada təkamüldən bəhs etmək uyğunsuzdur. Buda çox, məşhur F.Krikin də dediyi kimi, həyatın Yerə hazır gətirilməsi ideyasını dəstəkləyir. Amma belə bir yaxınlaşma da həyatın yaranması probleminin həll olmaqdan uzaq olduğunu göstərir.
Sabir T.Sadıqov "Alın yazısı və ya hər kəs üçün genetika"
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.