«Sünnət intellekti aşağı salır!»

13-05-2017, 00:09           
«Sünnət intellekti aşağı salır!»
Saytın Qazaxıstan KİV-nə istinadla verdiyi xəbərə görə, ölkədə bir sıra fəallar Qazaxıstan müsəlmanları ittifaqına (KMİ) müraciət edərək, sünnətin qadağan olunması təşəbbüsünü dəstəkləməyə çağırıb – guya, sünnət insanda intellekti aşağı salır!

Onlar öz qənaətlərini belə izah edirlər ki, guya bu adət (ənənə) insan hüquqlarının pozulmasıdır və şəxsin layəqətini alçaldır. Xəbəri Qazaxıstan müsəlmanları ittifaqının mətbuat xidmətinə istinadla, «NUR.KZ» portalı yayıb.

Fəallar əmindirlər ki, qədim ənənə insan sağlamlığı üçün təhlükə yaradır və ona dərin psixoloji zədə vurur. Belə bir fikri KMİ-nın rəhbəri Murat Telibekov səsləndirib.

Qazaxıstanın feminist qadınlarının böyük bir qrupu ateistləri dəstəkləyib. Qadınlar təsdiqləyirlər ki, sünnət kişilərdə seksual aktivliyə mənfi təsir göstərir. Odur ki, bu adəti qadınların diskriminasiyası faktı kimi dəyərləndirmək olar.
«İnsanın əllərinin və ya qollarının qısaldılması heç kimin ağlına gəlmir. İnsan bədəninin bütün orqanları bərabərhüquqlu və bərabərqiymətlidir. Kişilərdə cinsiyyət orqanını kəsməklə, biz, insan bədəninin harmoniyasını pozuruq!» – deyə, Qazaxıstan fəallından biri – Batima Jeksurun-qızı bəyan edib.

Müsəlman hüquq müdafiəçiləri isə onlara etiraz edirlər: «Əziz qadınlar, orqanların uzunluğu şəxsiyyətin ləyaqətini müəyyən etmir! Başlıcası budur ki, şəxs yaxşı insan olsun!»

Feminist hərəkatının yaşlı iştirakçısı olan tibb professoru Almagül-apay Aljıqanovanın sözlərinə görə, onun tədqiqatları göstərib ki, kişilərdə sünnətlə aqressivliyin artması arasında əlaqə var.

«Terrorçuluq və dini ekstremizm – sünnətin nəticəsidir! Statistika göstərir ki, sünnət olunmamış kişilər sünnət olunmuşlardan daha demokretik və tolerant olurlar» – deyə, Aljıqanova israr edir (Belə məqamlarda ruslar deyirlər: «Vot, qde sobaka zarıta!» – red.) .

Professor həmvətənlərini kəsilmiş kişi alətlərinin bərpası istiqamətində kampaniya başlamağa çağırıb və yaxın vaxtlarda dünyada analoqu olmayan klinika açacağını vəd edib.

Uşaq ombudsmenləri də öz fikirlərini bildiriblər. Onlar hesab edirlər ki, erkən yaşlarda sünnət azyaşlı uşaqlara qarşı işgəncə aktıdır və buna görə, iştirakçıları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Heç kimin haqqı yoxdur ki, uşağın əvəzinə qərar qəbul etsin, xüsusilə də o vaxt ki, məsələ dini əqidəyə və sağlamlığa aid olsun (maraqlıdır, elə həmin Qazaxıstanda kimsəsiz uşaqları əcnəbilərə «övladlığa» verərkən, azyaşlı uşaqların əvəzindən görünməmiş soyuqqanlılıqla qərarlar qəbul olunur, amma ombudsmenlər buna «əl çalırlar»! – red.)
AzPoliika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.