“Briqada komandiri hələ mayın 16-da Laçını tərk etmişdi...” - 25 il öncə

17-05-2017, 00:43           
“Briqada komandiri hələ mayın 16-da Laçını tərk etmişdi...” - 25 il öncə
Qərargah rəisi: “Hücuma keçən ermənilərin gücü Laçında qalan gücümüzdən 12 dəfə üstün idi…”

25 il öncə artıq son günlərini yaşayan Laçında baş verənlərin xronikasını davam etdiririk. 811 saylı keçmiş Laçın alayının qərargah rəisi Rafiq Nağıyev xatırlayır:

-25 il əvvəl bu gūn -16 may 1992-ci il. Rayon mərkəzi artilleriya atəşine tutulurdu. Laçına sanki od yaģırdi. Şəhərdə yerləşən həyati əhəmiyyətli obyektlər iflic olmuşdu. Qayğı qəsəbəsindən Qubadlı istiqamətinə gedən yeganə ümid yolu da artilleriya və vertolyotlardan vurulurdu. Rabitəçimiz ermənilərin danışığını tutmuşdu . Ermənistan tərəfdən deyirdilər ki, Laçın yolunu baģlaya bilmirik, arxadan özünüz tədbir görün…

“Arif Paşayev komandirləri toplayıb yaranmış vəziyyəti müzakirə etdi…”

Səhər tezdən qərargahın bütün sənədlərini maşınla “Tikanlı Zəmi” deyilən əraziyə apardim. 777-nin komandiri Elçin Məmmədov orada idi. Təkidlə onun geriyə, Laçına qayıtmasını istədim. Komandir Arif Paşayev təcili Laçında olan zabitləri topladı.Yaranmış vəziyyət təhlil olundu, şərait qiymətləndirilib qərar qəbul olundu. Ermənistanla sərhəddə yerləşən qüvvələrimiz mövqelərimizi müdafiə etməyə davam edirdilər…

“Turşsudakı qüvvələrin Laçının arxasından xaincəsinə çəkilməsi bizi çıxılmaz vəziyyətdə qoyurdu…”
Şərqdən, Yuxarı Laçın ve Laçın dağı istiqamətində vəziyyət olduqca pis idi. Turşsuda olan qüvvələrin Laçının arxasından xaincəsinə çəkilmələri bizi çıxılmaz vəziyyətdə qoymusdu. A.Paşayevin əmri ilə sərhəddə nisbətən gücü çox olan bölüklərimizdən tağımlar çıxardılaraq Zerti kəndi, Yuxarı Laçın istiqamətinə göndərildi. Əhalinin rayondan çıxması, maşın və texnikanin olmamasi işimizi çətinləşdirirdi. Artıq ermənilər Laçından hava xətti ilə 1-2 km məsafədəki Qaladərəsi və Salatınkənd(Yeğsaoq) istiqamətində cəmləsirdilər.

“Ermənilərin qüvvələri Laçında əlimizdə qalan gücdən 12 dəfə üstün idi…”

Kəşfiyyatın verdiyi məlumata görə, Ermənistan ve Dağlıq Qarabağ tərəfdə cəmləşən düşmənin sayı həddən artıq çox idi. Qüvvə və vasitələr cəhətdən ermənilər bizdən 12 dəfəyə qədər üstün idi. Müdafiə ediləcək ərazinin çox olması, bilavasitə təmas xəttində Ermənistan tərəfdən 35 km, DQ tərəfdən 42 km məsafədə müdafiə mövqeyi qurmaq üçün qüvvələrimizi parçalamağa məcbur idik.

“Rayonu tərk edən Orucovçulardan məcburən artilleriya qurğularını aldıq…”

-Rafiq bəy, həmin günlərlə kimdənsə, Bakıdan, Gəncədən kömək gələcəyinə ümidiniz var idimi?

-Xeyr. Kiminsə bizə kömək edə biləcəyinə ümidimizi üzmüşdük. Rayonu tərk edən Orucovçulardan məcburi şəkildə Laçında saxladıģımız reaktiv artilleriya və komandiri Qridasovu A.Paşayev özū şəxsən Sus- Mərkiz istiqamətinə aparıb elə yerdə yerləşdirdi ki, oradan Ermənistan və DQ tərəfdən gələn erməniləri vurmaq olsun. Axsama doğru tutduğumuz radio-məlumatda bildirilirdi ki, Laçına kömək gəlməsinə imkan verilməyəcək. Qaladərəsi istiqamətində körpünün partladılması müasir döyüşdə vaxtı bir az uzatmağa imkan verirdi. Gecə ermənilərin yerdəyismələrini, əsas zərbə istiqamətində cəmləşdiklərini müşahidə etdik.


“Orucov dedi ki, gedirəm Qubadlıya qaçan qüvvələri geri qaytaram…”

-Briqada komandiri Elbrus Orucovu Laçında sonuncu dəfə nə vaxt gördünüz? Onun Laçının müdafiəsi barədə sonuncu əmri, göstərişi nə oldu?

-Orucov mayın 16-sında Laçında idi. Lakin müdafiə barədə konkret əmr-filan vermədi. Yalnız dedi ki, gedirəm Qubadlıya qaçan quvvələri geri qaytaram. Yəni 16-sı hələ Laçın işğal olunmamış E.Orucov artıq Laçında yox idi. Onu yalnız mayın18-də günorta üstü Güləbird kəndində gördük…

(Davamı var)
Sultan Laçın
moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.