Əfsanəvi reyncerlər

23-07-2017, 12:27           

ABŞ Silahlı Qüvvələrində xüsusi təyinatlı qüvvələrin - reyncerlərin hazırlığını FM-7-85 «Kiçik reyncer qruplarının əməliyyatları» səhra nizamnaməsi istiqamətləndirir. Reyncerlər Corciya ştatında yerləşən Fort-Benninq hərbi bazasında 72 günlük ağır imtahanlardan, fiziki və psixoloji sınaqlardan keçməli olurlar.
Reyncer hazırlıq kursunun əsas mərhələsi 338 saatdır. Bu mərhələdə reyncerliyə namizədlərə nəzəri və praktiki biliklər aşılanır, həmçinin taktika, düşmən arxasında əməliyyatlar, topoqrafiya, paraşüt-desant hazırlığı, rabitə vasitələri ilə işləmə, şəxsi silahlar, yerli və xarici ölkələrin istehsalı olan silah və döyüş texnikaları barədə məlumatlar verilir. Bu müddətdə reyncerlərə xəritə üzərində oriyentirləri təyin etmək, artilleriya atəşini istiqamətləndirmək və s. öyrədilir.
Reyncerlərə bundan əlavə 309 təlim saatı həcmində dağ hazırlığı keçirlər. Onlar bu tədris saatlarını əsasən dağlıq ərazilərdə, dəniz səviyyəsindən müxtəlif yüksəkliklərdə əməliyyatlar aparma, silah və texnikalarla davranış əməliyyatlarına həsr edirlər.
Təlimlərin 376 saatlıq üçüncü mərhələsi taktiki əməliyyatlara və müasir döyüşlərə həsr olunur. Şəxsi heyət bu zaman düşmənin müxtəlif qrupları ilə döyüşlər, raket və nüvə hücumları və bu zaman görüləcək işlər, düşmənin ehtiyat qüvvələri və obyektlərinin ələ keçirilməsi taktikalarını mənimsəyirlər. Bu mərhələdə reyncerlərə təcrübəli mütəxəssislər təlimlər verilir.
ABŞ-da reyncer kursunun iştirakçıları gün ərzində 20 kq yüklə 90 dəqiqəyə 10 km məsafəni qət etməlidirlər.
Reyncerlərin qida rasionunu xüsusi hazırlanmış və 3 min kilokalori enerjiyə malik MRE (Meals Ready to Eat) yeməyi təşkil edir.
Müqayisə üçün bildirək ki, ABŞ-da reyncer hazırlığı üzrə təməl kurs 72 gün çəkdiyi halda Türkiyədədə bu 155 gündür. Reyncerlər türklərdən fərqli olaraq su təlimləri, alpinistçilik, qış şəraitində və şiddətli soyuqda təlimlər keçmirlər. Qeyd edək ki, türk komandoları həmçinin, əlavə 9 həftəlik xüsusi kurs da keçirlər ki, bu da reyncerlərin hazırlıq proqramında yoxdur.
ardı var
Abuzər Əbilov-silah mütəxəssisi
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.