80 milyon il yaşayan fosil tapıldı

14-11-2017, 10:04           

Milyonlarla ildir heç bir dəyişikliyə uğramadığı üçün elm adamlarının “yaşayan fosil” adlandırdığı köpək balıqlarından biri Portuqaliyada təsadüfən tora düşüb.
Publika.az xəbər verir ki, son dərəcə nadir tapılan bu növ köpək balığına Avropa İttifaqının nəzdində araşdırma edən bir qrup alim rast gəlib.
Onlar dəniz səviyyəsindən 700 metr dərinlikdə yaşayan balığın 1,5 metr uzunluqda olduğunu bildirib.
Çox nadir halda görülən bu köpək balıqları 80 milyon ildir ki, təkamülə uğramayıb və dinozavrların yaşadığı dövrdən bu yana eyni bədən quruluşuna malik olub. Bu balıqlar dünyada ən uzun müddət hamilə qalan canlı növüdür. Onların dişisi 42 ay hamilə qalır. Bu köpək balıqlarının digər bir xüsusiyyə
80 milyon il yaşayan fosil tapıldı

ti isə 300 dişə sahib olmasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.