"Don Pipo"nun qardaşı Lavrovun masasına nə qoyub?

23-11-2017, 11:48           

İrəvana gəlməmişdən öncə Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda bəyan etmişdi ki, Qarabağ münaqişəsinin nizamlanmasının bütün yolları dəfələrlə müzakirə edilib və ATƏT sənədlərində öz əksini tapıb. Lavrov “menyu”nun masa üzərində olduğunu hər iki ölkədə olarkən xüsusilə vurğulayıb.

Bu menyudan və İrəvanda Edvard Nalbandyanla keçirilən mətbuat konfransından məlum olur ki, Azərbaycan bir çox məsələləri müzakirə etməyə tərəfdar olsa da, Ermənistan tərəfi dəfələrlə təxribatçı bəyanatlarla bunu rədd edib.

Buna görə də sözügedən "menyu" həyata keçirilməyib. Burada mövcud müxtəlif "yemək növləri" bu və ya digər şəkildə işğal altında olan torpaqların qaytarılmasından, yəni "çeynənilməsindən" ibarətdir.

Faktiki olaraq, Azərbaycan tərəfi dəfələrlə işğal altında olan torpaqların qaytarılmasının vacibliyini bildirsə də, Ermənistan zəruri prosedurları həyata keçirmir. Lakin rəsmi İrəvan hər dəfə Qarabağın xəyali "müstəqlliyindən" danışır.

İndi nizamlanma prosesi yeni bir mərhələyə daxil olub. Bu mərhələdə sanki əsas problem status-kvonun qorunub saxlanmasının artıq beynəlxalq nəzarət vasitələri ilə həyata keçirilməsidir. Ermənistanın ATƏT çərçivəsində "nəzarət mexanizmləri"nin də qurulması ilə bağlı etdiyi tələblər, əslində status-kvonun qorunmasına xidmət edir.

Lavrovun dediyi menyu ilə bağlı vəziyyət davam edəcək və ya yeni üsullarmı tapılacaq, nə baş verəcəyini demək çətindir. ordu.az/

Erməni mətbuatına görə, Lavrov İrəvanda Qarabağ məsələsini “bağladıqdan” sonra kriminal avtoritet "Don Pipo"nun (Artur Asatryan) qardaşına baş çəkib. Əldə edilən məlumata görə, masada maral əti olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.