“Gənclik şortik və geyləri müdafiə yürüşü keçirir, Qarabağa gəlincə...”
7-08-2015, 23:02
Hər bir xalqın gücü, böyüklüyü onun milli ruha, milli tarix və soykökünə sadiqliyi, bu dəyərlərə olan bağlılığından asılıdır. Xalq öz kemişinə, milli-tarixi dəyərləinə nə qədər bağlıdırsa, bir o qədər məğlubedilməz olur. Milli ruha bağlılıq xalqa öz gələcəyini daha şüurlu və düzgün istiqamətdə formalaşdırmağa, zamanın sınaqlarından daha uğurla çıxmağa imkan verir.
Maraqlıdır, Azərbaycan gəncliyinin milli ruha, milli tarixə bağlılığı qənaətbəxşdirmi? Bugünkü gəncliyin düşüncə və əməllərində milli ruhun və xarakterin əzəməti hiss olunurmu? Olunmursa, buna görə kim daha çox məsuliyyət daşıyır – ailəmi, məktəbmi, cəmiyyətmi?
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı “Hürriyyət” qəzetinə açıqlama verən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi və pedaqoq Dilavər Əzimli bu sahədə vəziyyətin o qədər də yaxşı olmadığına diqqət çəkdi:
“Bu gün cəmiyyətimizdə Azərbaycan gəncliyində olan milli ruh, milli tarixə, soykökünə sevgi ürəkaçan səviyyədə deyildir. Bunun da səbəbləri çoxdur. İlk növbədə bizdə Vətən sevgisi, Tarix sevgisi, Soykökü sevgisini aparılan təbliğat yaradır. Təbii ki, burada əsas rolu ailə oynayır. Amma ailə təbliğatı azdır. Ölkədə bunu həyata keçirən vasitələr radio-televiziya və internet resurslarıdır. Bu gün internetə nəzarət mümkün deyildir. Bundan istifadə edən bəzi millət xainləri bizim tarixi şəxsiyyətləri ləkələməyə çalışır və özlərinə də xeyli həmfikir tapırlar. Çünki yalanı ustalıqla sırıya bilirlər. Bu gün bizim radio və tyeleviziyalarda bu məsələ ilə bağlı vəziyyət nə səviyyədədir? Adam televiziyalara baxa bilmir. Nə zaman ki, bu sahəyə cidddi nəzarət olmayacaq, milləti arsızlaşdırmaqda davam edəcəklər. Elə bil ki, xüsusi plan əsasında edirlər. Artıq gənclər deyil, ailələr də mənəviyyatsızlaşır. Baxın, şortiki müdafiə etmək üçün yürüş keçirirlər. Amma Dağlıq Qarabağın itirilməsi ilə bağlı yürüş niyə keçirmirlər? Niyə İranda asılan azərbaycanlı gənclərin müdafiəsi ilə bağlı yürüşə çıxmırlar? Onları idarə edənlər vardır. Bəs onların ata-anaları yoxdur? Əksinə, ata-anaları onların şortikinin çıxarmalarına da razıdırlar. Görün hansı dövrə çatdıq”.
D.Əzimli ölkə məktəblərində də gəncliyin milli ruhda tərbiyəsi baxımındna acınacaqlı vəziyyətin yarandığınə vurğuladı:
“Biz tələbə olanda Dağlıq Qarabağa vuruşa getmək üçün elan verdik. Oğlanları demirəm, qızların qabağını ala bilmirdik. Hamısı ağlayırdı ki, bizi də aparın. Biz də vuruşmaq istəyirik. İndi onların övladları şortiki, geyləri müdafiə edir. Bu məsələdə təbii ki, məktəbin rolu böyükdür. Amma məktəblərimiz nə gündədir? Repetitor olmasa, bir nəfər də ali məktəbə daxil ola bilməz. Məktəb rəhbərlərini süpürgə pulu, ad gününə yığılan pullar, "Gül bayramı"na yığılan pullar maraqlandırır”.
D.Əzimlinin qənaətincə, hazırkı cəmiyyətin özündə də ciddi problemlərin mövcudluğu müşahidə edilməkdədir:
“Gəncliyin yetişməsində təbii ki, cəmiyyət böyük rol oyanayır. Bu gün cəmiyyətimizdə təmiz insana az qala yuxarıdan aşağı baxırlar. Rüşvət almayan müəllim bədbəxt hesab olunur. Bir zamanlar ayağı sürüşkənlərə pis baxırdılar. Amma indi haqq qazandırırlar ki. yaşaya bilimir və kimsə onu saxlayır. Bu, adi bir cəmiyyət hadisəsinə çevrilib. Ailə qururlar. ailə başçısı evə pul gətirə bilmir və boşanma baş verir. Bundan sonra da xalqın pullarını yeyən haramzadalar qadının vəziyyətindən istifadə edərək onu tora salır. Belə cəmiyyətdə yetişən gənclik necə ola bilər?”
Tanınmış tarixçi hesab edir ki, vəziyyətin bu qədər acınacaqlı olmasının səbəblərindən biri xaricdən yürüdülən siyasət və bu siyasətin effektivliyidir:
“Bir də xaricdən bizə ixrac olunan xüsusi siyasəti də unutmayın. Bu gün gənclik yalnız telefon oynatmaqla məşğuldur. Sosial şəbəkələrə girin baxın. Çox az qism elmlə məşğuldur. Hamı mənasız işlərlə məşğuldur. Amma internet sistemi ilə elmlənmək, maariflənmək imkanları daha çoxdur. Bilirsiz, bizdə bu məsələlərə kompleks şəkildə yanaşılmalıdır. Çünki biz öz torpaqlarımızı itirmişik. Onu qaytaracaq gəncliyi yetişdirmək üçün papağımızı qarşımıza qoyub dərindən fikirləşməliyik. Əks halda, vəziyyət daha da ağırlaşa bilər. Bir ölkəyə sahib olmaq istəyirsənsə, oradakı insanların ağlını əlindən al. Onlar özləri sənin quluna çevriləcəklər. Allan bizləri bundan qorusun!”