“Vəhşi Diviziya”da daşnaklara qarşı vuruşan polkovnik - Video

6-12-2017, 08:36           

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçirdiyi “Vikipediya” təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Azərbaycanın hərbi xadimi, polkovnik İrza bəy Hacıbəylinskinin məqaləsi yaradılıb.

Kult.az xəbər verir ki, 4 aprel 1874-cü il tarixində anadan olan İrza bəy Hacıbəylinski Birinci Dünya müharibəsində “Vəhşi diviziya” kimi tanınan Tatar süvari alayının tərkibində daşnaqlara qarşı döyüşüb. Eləcə də general Nuru Paşa ilə Qafqaz İslam Ordusunun tərkibində Bakının azad edilməsində fəal iştirak edənlərdən biri olub.

Polkovnik Hacıbəylinskinin həm də 1918-1920-ci illərdə Milli Ordunun formalaşmasında müstəsna rolu olub. Qarayazı süvari polkuna komandirlik edərək, daha sonra Ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra İrza bəy Hacıbəylinski də bolşevik repressiyasına məruz qalan qurbanlarımızdan biri olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru