İnsan cildində bədheybətlər: “Mən onları diri ikən tikə-tikə doğrayanda həzz alıram” – 18+
26-01-2018, 14:15

Statistik rəqəmlərə görə, il ərzində dünyada iki milyarda yaxın cinayət qeydə alınır. Onların sırasında korrupsionerlərdən, oğrulardan, dələduzlardan, terrorçulardan, seriyal qatillər və manyak-pedofillərdən tutmuş müxtəlif cinayət növləri mövcuddur. 30Gun.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə qəddar cinayət əməlinə görə tanınaların bir qismi artıq “yeraltı dünyanın əfsanəsinə” çevrilsələrdə, digərləri hazırda sağdırlar. Bəzən qatı cinayətkarların saxlanılması üçün uzun illərdir ki, hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri heç bir nəticə vermir. Onların azadlıqda sərbəst gəzmələri isə daha yeni-yeni cinayətlərə səbəb olur. Sonradan insanları xüsusi amansızlıqla qətlə yetirən manyak-psixapatların törətdikləri cinayət əməlləri barədə etirafları çoxlarını bu gün də qorxudur. Manyaklar və onların törətdikləri cinayətləri barədə oxyub tanış ola bilərsiniz… Ürəyi və psixolojoi durumu zəif olanların oxuması məsləhət deyil.
500 xəstəni o dünyalıq edən “Ölüm Doktoru”
Bəzən elə olur ki, gözlənilməyən, həttə ağıla belə gətirilməyən bir şəxsin cinayət törətməsi cəmiyyətdə şok effekti yaradır. Belə bir “gizli” serial qatillərdən biri Britaniyalı həkim Harold Şipman olub. İstintaq araşdırmaları nəticəsində məlum olub ki, bir neçə il ərzində “Ölüm Doktoru”nun əlindən 218 nəfər dünyasını dəyişib. Həkim qurbanlarına ölümcül heroin tərkibli ağrıkəsici vuraraq onları öldürürmüş. Sahə həkimi işləyən Harold Şipman adətən qocaları öldürüb və sonradan onların var-dövlətini ələ keçirməkdən ötrü müxtəlif saxta sənədlər düzəldərək, özünü öldürülən qocanın varisi edib mirası ələ keçirirmiş.

“Ölüm Doktoru” iz azdırmaq üşün öldürülən qocaların bir çoxu haqqında krimatoriya qərarı da verirmiş. Lakin həkimin cinayətlərinin üstünün açılmasında bir taksi sürücüsü səbəb olur. O, Harold Şipmanın hər dəfə hansısa qocanın evinə gəldikədən sonra vəfat edən ahılların siyahısını tərtib edibmiş. Dəfn edilmiş bəzi qocaların nəşi ekskumasiya edilərək ekpertizaya aparılır və həkimin həddən artıq diamorfin dozasının istifadə etdiyi subuta yetirilir. Bundan sonra Şipman ömürlük həbs cəzasına məhkum edilir. “Ölüm Doktoru” cəzasını çəkdiyi yerdə kamera yoldaşına 218 deyil 500 xəstəni öldürdüyünü etiraf edərək bir gün sonra 2004-cü ildə 58 yaşlında Yainkfild həbsxanasında itihar edir.
300 nəfəri qanına qəltan edən “Cəhənnəm bədheybəti”
Kolumbiyalı manyak Pedro Alonso, 16 illik həbsxana həyatı yaşadıqdan sonra, azadlığa çıxan “Cəhənnəm bədheybəti” yeni-yeni cinayətləri ilə gündəmə qayıdır. Hazırda polis xüsusi amansızlıqla 300 nəfəri qanına qəltan edib, onların bədən hissələrini bir neçə yerə bölən manyakın yerini müəyyən etməkdə çətinlik çəkir.

Pedro Alonso Lopez

Polis yalnız onun hər dəfə qətlə yetirdiyi insanların üzərindəki “Cəhənnəm bədheybəti”nə məxsus zorakılıq əlamətlərini aşkarlayır. Lakin bu günə kimi Lopezi həbs edib mühakimə edə bilmirlər. O sanki tez-tez cəhənnəmə dönüb, sonra yenidən geri qayıdır. Sonuncu dəfə “Cəhənnəm bədheybəti” öldürdüyü bir qadının video çəkilişini qəsdən cinayət yerində qoyur. Hadisə yerinə gələn polislər manyakın xüsusi amansızlıqla qətlə yetirdiyi qadının bədən hissələrinin tikələrini gördükdə dəhşətə gəlirlər. Video kasetdə qadını diri ikən tikə-tikə doğrayan manyak, “mən bundan çox böyük həzz alıram, tezliklə cəhənnəmdən geri donüb yenidən görüşənədək” kimi ifadələrini işlədir.
“9 Fevral Qatili” (Feb 9 Killer)
Bu seriyal qatil ABŞ-ın Yuta ştatının paytaxtı hesab edilən, Salt Lake City şəhərinin bir neçə sakinini qətlə yetirib. Maraqlısı odur ki, o bütün qətllərini 9 fevral 2006-cı il və həmin günün 2008-ci ilində eyni üsulla qətllər törədib. Elə bu səbəbdən də seriyal qatil “9 Fevral Qatili” (Feb 9 Killer) kimi ad çıxarıb. Hazırda seriyal qatil hər ilin 9 fevralında ABŞ-ın müxtəlif şəhərlərində özünün cinayət əməllərini davam etdirir. Onun qətillərinin artıq ondan çox olduğu deyilir. Polisin bu iş üzrə cinayətin isti izlərlə açılması isə nədənsə dalana dirənir. Yalnız cinayət işində şübhəli bilinən Con Doe adlı birinin adı keçir. Bu isə seriyal qatilin yalnız şərti adıdır.
“Qatil-kloun”
ABŞ-da bir çoxlarının yaddaşından silinməyən “Qatil-kloun” ləqəblə manyak Con Uyen Qeysi uşaqlıq dövründə alkoqolizmdən əziyyət çəkən atasının təcəvüzünə marəzu qalıb. 9 yaşında ikən pedofil qurbanı olub. 1968-ci ildə yeniyetmə qızı zorlayana qədər o nümunəvi bir ailə başçısı kimi tanınıb. Bu cinayət hadisəsinə görə 10 il müddətinə həbs edilən Con Uyen cəmi 18 ay sonra nümunəvi davranışına görə azadlığa buraxılır.

Azadlığa çıxan Con Uyen ikinci dəfə ailə həyatı qurur. Müxtəlif bayram və festivallarda kloun paltarında iştirak edir. 1972-ci ildən 1978-ci ilə qədər o, 33 adamı boğaraq öldürür. Bir qayda olaraq Con Uyen axşam saatlarında avtomobili ilə şəhər küçələrini və gecə klublarını dolaşıb özünün növbəti seks qurbanını axtarır. Tanış olduğu şəxsləri evinə gətirdikdən sonra ilk öncə ona işgəncə verib sonra uzun müddət zorlamaqda davam edir. Adətən “Qatil-kloun” Müqəddəs İncil kitabının ayələrin oxuyaraq özünün qurbanlarına işgəncə verib sonra onları qətlə yetirirmiş. Qətlə yetirdiyi şəxslərin cəsədlərini isə özünün yaşadığı mənzilinin zirzəmisində saxlayırmış. Haqqında ölüm hökmü çıxardılaraq 10 may 1994-cü edam edilib.
“Akademik manyaklar”
Qeyri-adi qətil törədən cinayətkarlar ən təhlükəli hesab edilirlər. Onları cəmiyyət arasında tanımaq çox çətin olur. Bu cür seriyal qatillər gözlənilmədən, xüsusi amansızlıqla insanları qətlə yetirirlər və bir müddət yoxa çıxırlar. Bu cür qatil manyaklarda hesab edilən Nikita Lyatkin və Artem Anufriev uzun müddət Rusiyanın İrkutski vilayətini qorxu altında saxlayıblar. Faşizimi təbliğ edən hər iki manyak, sosial şəbəkələrdə “Peoplehater” adları ilə tanınıb. Onların “Biz tanrıyıq, yalnız kimin yaşamaq və kimin öləcəyi barədə qərarı biz veririk” kimi sosial qrupları da var imiş.

Lyatkin və Anufriev İrkutskdə “Akademik manyak” kimi ad çıxarıblar. Cəmi 2010-2011-ci illər ərzində manyaklar 8 nəfəri xüsusi amansızlıqla qətlə yetiriblər. Lakin manyaklar sonuncu cinayət yerində səf buraxdıqları üçün, polisə cinayətin üstünün isti izlərlə açılmasına kömək edir. Bundan sonra Nikita Lyatkin və Artem Anufriev həbs edilir. Ehtimal edilir ki, bu manyaklar 30 nəfərə yaxın şəxsi qətlə yetiriblər. Lakin polis bunu subuta yetirə bilməyib.
2 aprel 2013-cü ildə İrkutsk Regional Məhkəməsi Artem Anufrievə ömürlük, Nikita Lyatkini isə 24 il müddətinə azadlıqdan məhrum edib.
“Yubkalı Şeytan”
Əgər cinayət işində bir şəxsin ki, ləqəbi “Yubkalı Şeytan” keçir, o yaxşı insan ola bilməz. İrina Qaydamakçuk isə bu ləqəbə tam layiq görülüb. O Sverdlovsk vilayətinin Sosial Müdafi Fondunda uzun müddət çalışıb. Lakin çalışdığı son 7 ilini İrina Qaydamakçuk, qoca təqaüdçülərin qəniminə çevrilib. Ahıl qocaları ziyarət edən “Yubkalı Şeytan”, sumkasında gəzdirdiyi çəkic və yaxud balta ilə onları elə evlərindəcə qətlə yetirərək, pullarını, qızıl-zinyət və.s qiymətli əşyalarını oğurlayırmış. Bu illər ərzində isə o 17 ahıl qocanı xüsusi amanszılıqla qətlə yetirib.

Qaydamakçuk 2010-cu ilin sonunda saxlanılıb. O 17 qətl və 18 soyğunçuluqla ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilib. Ona belə yungül cəzanın verilməsini məhkəmə himayəsində iki azyaşlı uşağının olması ilə əlaqələndirib.
“Rejisor” və “Taksist” ləqəbli erməni manyakları
Erməni manyak Valeri Asratyan 1988-1990-ci illərdə Moskvada gənc aktirisaların əsl kabusuna çevrilib. Həmin illərdə o qurbanlarına özünü tanınmış kino rejisor kimi qələmə verirmiş. Valeri Asratyanın ləqəbi elə bundan götürülüb. Onun əsas məqsədi xoşagəlimli xanımları kino çəkilişlərinə dəvət etmək və bunun müqabilində çoxlu pul qazanmaq vədləri verməkə onları zorlamaq olub. Sonrada isə iz azdırmaq üçün onları boğaraq qətlə yetirirmiş. Manyak “Rejisor”un cinayət işində onlarla qadının zorlandığı və qətlə yetirildiyi iddia edilsə də, polis Valeri Asratyanı yalnız üç cinayət epizoduna görə, həbs edə bilir. Məhkəmə manyak “Rejisor”l bağlı 1992-ci ildə, Sovet İttifaqının dağılması ərəfəsində güllələnmə hükümü çıxarılır.

Bundan başqa, 2017-ci ilin oktyabr ayında “Taksist” ləqəbi ilə məşhurlaşan seriyal erməni qatili Moskvada 100 yaxın insanı öldürməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılır. Araşdırmalar zamanı məlum olur ki, Rusiyanın paytaxtında taksi fəaliyyəti ilə məşğul olan, 29 yaşlı ermənistan vətəndaşı Vahan Karapetyan uzun illər xidmət göstərdiyi taksi fəaliyyətində müştərilərinin bir çoxunu oldürüb.

Qaydamakçuk 2010-cu ilin sonunda saxlanılıb. O 17 qətl və 18 soyğunçuluqla ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilib. Ona belə yungül cəzanın verilməsini məhkəmə himayəsində iki azyaşlı uşağının olması ilə əlaqələndirib.
“Rejisor” və “Taksist” ləqəbli erməni manyakları
Erməni manyak Valeri Asratyan 1988-1990-ci illərdə Moskvada gənc aktirisaların əsl kabusuna çevrilib. Həmin illərdə o qurbanlarına özünü tanınmış kino rejisor kimi qələmə verirmiş. Valeri Asratyanın ləqəbi elə bundan götürülüb. Onun əsas məqsədi xoşagəlimli xanımları kino çəkilişlərinə dəvət etmək və bunun müqabilində çoxlu pul qazanmaq vədləri verməkə onları zorlamaq olub. Sonrada isə iz azdırmaq üçün onları boğaraq qətlə yetirirmiş. Manyak “Rejisor”un cinayət işində onlarla qadının zorlandığı və qətlə yetirildiyi iddia edilsə də, polis Valeri Asratyanı yalnız üç cinayət epizoduna görə, həbs edə bilir. Məhkəmə manyak “Rejisor”l bağlı 1992-ci ildə, Sovet İttifaqının dağılması ərəfəsində güllələnmə hükümü çıxarılır.
Bundan başqa, 2017-ci ilin oktyabr ayında “Taksist” ləqəbi ilə məşhurlaşan seriyal erməni qatili Moskvada 100 yaxın insanı öldürməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılır. Araşdırmalar zamanı məlum olur ki, Rusiyanın paytaxtında taksi fəaliyyəti ilə məşğul olan, 29 yaşlı ermənistan vətəndaşı Vahan Karapetyan uzun illər xidmət göstərdiyi taksi fəaliyyətində müştərilərinin bir çoxunu oldürüb.