13 illik sirr: Obamanın gizli fotosu yayıldı - Foto

27-01-2018, 09:49           

ABŞ-ın sabiq prezidenti Barak Obamanın islam radikallarının lideri ilə fotosu yayıldı.

Publika.az xəbər verir ki, gizli görüşlərdən birində çəkildiyi iddia edilən foto Cim Gereyt adlı şəxsin Tvitter hesabından paylaşılıb.

Fotonun 2005-ci ildə çəkildiyi qeyd edilib. Fotoda ABŞ-ın sabiq prezidenti Barak Obamanın "İslam Milləti" radikal təşkilatının lideri Luis Farraxanla səmimi şəkildə poz verdiyi görülür. Sözügedən təşkilat isə tez-tez irqçilikdə və antisemitizmdə ittiham edilirdi.

Fotonun müəllifi Askiey Məhəmməd adlı fotoqrafdır. Fotoqraf çəkdiyi fotonu Barak Obamanın siyasi karyerasına təhlükə yaratmamaq üçün yayımlamamışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru