Meydanda tək qalan "Meydan": - Dissident obrazına girmək istəyən qrant dəllallarından növbəti "şou"

30-01-2018, 16:59           
Meydanda tək qalan "Meydan": - Dissident obrazına girmək istəyən qrant dəllallarından növbəti "şou"
“Meydan Tv-nin səhfəsinin bağlanması və bir gündən sonra üzə çıxmasında məqsəd nəydi bunu özləri yaxşı bilir”.

Bunu BiG.AZ-a açıqlamasında beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva deyib.

Yeganə Hacıyeva qeyd edib ki, səhifə 1 günə silinmir. “Səhifə 14 gün ərzində silinə bilir. 14 gün ərzində də səhifənin adminlərinə, redaktorlarına səhifənin silinməsi ilə bağlı məlumat bildirişləri gəlir. Bunlardan bir nəfərin belə prosesi dayandırması , səhifənin silinməsi prosesini dayandırır. Bu sayda insanın səhifənin silinməsi bildirişini iqnora qoyması təəcüblü deyilmi? Şəxsən mən Meytan Tv-nin səhifəsinin bağlanmasına inanmıram.

Bu kimi layihələr Avropa Birliyinin müəyyən fondlarından və donor təşkilatlarından maliyyə alırlar. Bildiyiniz kimi son bir neçə ildə dünyada , xüsusilə Avropa Birliyi ərazisində informasiya müharibəsi adlandırdığımız , propaqanda və yanlış informasiyaların yeridilməsi, kənar və ya xarici təsir vasitələri ilə seçkilərə təsir etmə üsulları geniş yayılmışdır”.

Yeganə Hacıyeva qeyd edib ki, Avropa Birliyi keçən ildən öz ərazisində bu kimi hallara qarşı mübarizə elan edib: “Məhz 2018-ci il üçün Avropa Birliyi bir neçə donor təşkilatınin maliyyələşməsini " Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin " keçən ilki hesabatında adı keçməsi , əməkdaşlığının əksəriyyətini bu hesabatda adı keçən QHT ləri maliyyələşdirilməsinə görə , layihələri Avropa Birliyi hüdudlarında xarici təsir agentlər rolu oynanması və separatizmi qiyabi dəstəklənməsi səbəbi ilə kəskin azaltmışdır. Bura xüsusilə xarici kəşfiyyat və xüsusi xidmət qurumlarının sızdırmaları ilə xarici təsir agentləri rolu oynamaga cəhd edən təsis və qurumların maliyyələşməsində iştirak edən donor təşkilatlar aiddir. Bunlardan biri də Meydan TV nin əsas donoru olan " European Endowment for Democracy " fondudur”.

Ekspert bildirib ki, Meytan Tv- də bəzən Azərbaycan hökuməti , onun biznes və siyasi elitası haqqında təhrif olunmuş informasiyalar olsa belə , sıravi jurnalist və ya araşdırmaçıların əldə edə bilməyəcəyi məlumatlar əsasında böhtan tipli yazılar gedirdi: “Xüsusilə bu yazılar AB ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin detallarının işlənməsi ərəfəsi , enerji nəqliyyatı layihələrinin imzalanması ərəfəsi v.s kimi mühüm zamanlarda daha aktiv paylaşılırdı. Bu isə istər AB, istərsə də Azərbaycan tərəfindən münasibətlərin korlanmasında maraqlı olan dairələrin sifarişləri kimi qiymətləndirilir. Digər bir tərəfdən Meydan tv-də xarici təsir agenti media qurumu kimi fəaliyyətindən söz açmaq istəyirəm. Biz zaman zaman Meydan TV də Azərbaycanda yaşayan etnik azadlıqlar üçün milli azadlıq hərəkatına təşviq edən çağrışların şahidi oluruq. Bu əslində Azərbaycan dövlətin bütövlüyünə , təhlükəsizliyinə hədə olan separatizmə çağırışlardır. Son aprel döyüşləri zamanı , Azərbaycan əsgəri təcəvüzkar düşmən ordusunun gülləsinə tuş gələndə bu saytda cəmiyyəti çaşdırmağa yönəlik təbliğat yazıları getmişdir. Sırf səhifənin bağlanmasına gəlsək bu Meydan Tv-nin növbəti şousudur. Səhfələrini gizlədərək , bir gün sonra açaraq donor qurumları önündə təzyiq altında olan disident media obrazında yeni qrantlar əldə etməyə hesablanmış bir addımdır. Bununla da öz donorlarına göstərdilər ki, təzyiq altındadır, maliyyə ayırsınlar. Bu bir növ keçmişdə adət etdikləri polis bölmələrinin qarşısında özünü döydürüb, səfirliklər və xarici təşkilatlardan qrant almağın bir formasıdır. Meydan Tv-nin, Azərbaycana təcavüz edən, onu öz təsir dairəsinə salmaq , saxlamaq məqsədi olan dairələrin əlində bir alət olması artıq heç kimə sirr deyil. Onlar üçün hansısa bir dəyərlər yoxdur əks halda Azərbaycan əsgəri səngərdə şəhid olanda erməni xeyrinə informasiya verməzdilər”.

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib ki, özünü media orqanı kimi göstərməyə çalışan Meydan Tv-i və sosial şəbəkədəki səhifəsi hər zaman şou ilə məşğuldur: “Onlar daha çox qrant almaq üçün dövlətimiz haqqında yalan informasiyalar ötürürlər. Bu gün də texniki baxımdan şoular göstərirlər ki, daha çox pul alsınlar. Bilirsiniz ki, Avropa Birliyi artıq bu cür layihələrin effekt vermədiyini görərək maliyyə vəsaitlərini azaldıblar. Ona görə də havadarlarına göstərmək istəyirlər ki, ölkədə bunlara qarşı təzyiq var. Guya dövlət əlindəki texniki gücdən istifadə edib söz azadlığını pozur. Əlbəttə ki, bunların hamısı yalandır. Ağıllı insanlar bilsinlər ki, bu cür şoularla onlar istəyirlər ki, özlərinə daha çox vəsait toplasınlar. Xalqımız bütün oyunlardan agahdır. Hətta xarici qüvvələr də artıq bilirlər ki, bu cür oyunlarla, böhtanlarla heç bir dövlətə təsir etmək olmaz. Azərbaycan dövləti bu gün dünyada öz sözünü deyən qüdrətli dövlətdir. Ölkəmizi bu cür yalanlarla ləkələyə bilməzlər. Getdikcə onların üzvlərinin və səhfələrinin bəyənənlərin sayı da azalır. İnsanlarımız bilirlər ki, onların verdikləri bütün informasiyalar yalan üzərində qurulub”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, Meydan TV-nin maliyyələşdirənlər layihənin alınmadığını, cəmiyyətdə maraq oyatmadığını və apardıqları təbliğatın nəticəsiz olduğunu anlayıblar: “Onlara ayrılan maliyyə boş yerə getdiyinə görə həmin vəsaitdən imtina ediblər. Çünki insanlar maraqlı, həqiqətə uyğun gələn, həmçinin düşündürücü portallara, televiziyalara baxır. Meydan Tv isə bu gün insanların tələblərinə cavab vermədiyi üçün bağlanıla bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.