ABŞ Suriyada “Vagnerin ordusu”nu necə qırdı... - FOTOLAR
14-02-2018, 19:07
Bu arada fevralın 7-də Deyr əz-Zorda baş vermiş hadisələrə dair bəzi yeni təfərrüatlar da üzə çıxır. Virtualaz.org xəbər verir ki, ABŞ-ın “BuzzFeed” saytının əməkdaşları həmin hadisələrdən əvvəl döyüşlərin baş verdiyi rayona nəzarət edən “Ceyş Usud əl-Şərkiyyə” adlı islamçı qruplaşmanın komandiri ilə söhbətləşiblər. Komandir Amerika ordusunun zərbələri zamanı “yüzlərlə rusiyalı muzdlunun” həlak olduğunu təsdiqləyib. O, həmin rayondakı mənbələrinə istinad edib. Hadisələrdən bir müddət əvvəl kürdlərdən ibarət “Suriya Demokratik Qüvvələri” rayonu həmin qruplaşmadan almışdı.
Komandir deyib ki, məsələ Suriya rejiminin qaz yataqları ilə zəngin Konoko çöllüyünü nəzarət altına almaq istəyindən qaynaqlanıb. “Vaqnerin şirkətinin rus muzdlularının və iranyönümlü yaraqlıların dəstəyi ilə rejim çöllüyə hücuma keçdi, lakin koalisiya qüvvələri hərbi kalona zərbə endirdi və onu tam məhv etdi”-komandir danışıb.
Həmin qruplaşmanın komandiri onu da deyib ki, koalisiya hücuma keçən qruplaşmanı məhv etməklə kifayətlənməyib, Əl-Tabiyyə kəndində tank konvoyununa da zərbə endirib, ardınca konvoyu Deyr əz-Zor şəhərinə və Hişam qəsəbəsinə qədər təqib edərək qalıqlarını da məhv edib.
ABŞ Mərkəz komandanlığının rəhbəri, general-leytenant Ceffri Harriqan isə jurnalistlərə bunları deyib: “Atəş açıldı və biz “Suriya Demokratik Qüvvələri” ilə gözlədik, təxribata yol vermədən. Qoşunlar cəmləşdi və bizə tərəf hərəkətə başladı, buna görə də biz müdafiə olunduq”. Harriqan əlavə edib ki, həmin qruplaşmanın tərkibi haqda təxminlər yürütmək istəmir.
“The New York Times” qəzetinin müxbirləri isə həmin hadisələrdə təkcə Suriya ordusunun 100-ə yaxın əsgər itirdiyini bildirir. Bu haqda Suriya ordusunun zabiti deyib. Jurnalistlər bildirir ki, Suriya hökumət qoşunları və onları dəstəkləyən muzdlular tankların, reaktiv yaylım atəşi sistemlərinin və artilleriyanın dəstəyi ilə kürdlərin Əl-Tabiyyə yaxınlığındakı mövqelərinə hücuma keçəndə orada amerikalı hərbi təlimatçılar da var idi. Və kürdlər hücumu dayandırmaq üçün ABŞ-dan hava dəstəyi istəyib. Sonrası isə məlumdur.
“Suriyada işləyən, mühafizə və digər xidmətlər göstərən rusiyalı biznesmen Aleksandr İonov deyib ki, bir neçə özəl hərbi şirkətdən olan həmkarları ilə danışandan sonra həmin hadisələrdə 200-dən çox rusiyalının öldüyünü təxmin edir. Lakin ölənlərin hamısı milliyətcə rus olmayıb, onların arasında vaxtilə Sovet İttifaqına daxil olmuş digər ölkələrdən gələnlər də var”-qəzet yazır.
“200-dən çox ölən-bu indiki qiymətləndirmədir, dəqiq rəqəmi müəyyən etmək mümkün deyil, amma ölənlərin əksəriyyəti ruslardır”-İonov amerikalı jurnalistlər telefon danışığında bildirib. “Düzünü demək lazımdır, əgər insanlar həlak olubsa etiraf edilməlidir. Terrorçularla döyüşdə canını verən insanlara hörmət qoyulmalıdır”-biznesmen əlavə edib.
***13:06
ABŞ-ın müdafiə naziri, “quduz köpək” ləqəbli general Ceyms Mattis deyi ki, ölkəsinin ötən həftə Suriyaya hava zərbələrindən çoxsaylı Rusiya muzdlu əsgərlərinin həlak olması haqda ona heç nə deyilməyib, amma bu xəbərləri mediada görüb. Virtualaz.org xəbər verir ki, general Mettis bu barədə ötən gün fevralın 13-də Senatın kəşfiyyat komitəsində dinləmələr zamanı deyib.
Pentaqonun daha əvvəl yaydığı informasiyaya görə, ötən həftə Deyr əz-Zora hava zərbələri ABŞ və Suriya müxalifət qüvvələrinin bazasına hücum edən hökumət qüvvələrini hədəfə alıb, 100-dək silahlı öldürülüb.
“Ölənlər arasında rusiyalıların, Rusiya Federasiyası əsgərlərinin, yaxud Rusiya muzdlularının olması barədə məndə informasiya yoxdur. Bu haqda sizə heç nə deyə bilmərəm. Mərkəzi Komandanlıqda, yaxud Pentaqonda bu barədə mənə bir söz deyilməyib”, – Mettis vurğulayıb.
General Mettisin bilgisiz olduğunu deməsinə baxmayaraq, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo deyib ki, ABŞ kəşfiyyat mənbələrinin hücumda rusiyalı muzdluların iştırakına dair informasiyası ola bilər. “Kəşfiyyat nöqteyi-nəzərindən, bir çox hallarda xarici qüvvələrin döyüşlərdə muzdlulardan istifadə etməsinin şahidi olmuşuq”, – Pompeo Senatın kəşfiyyat komitəsinin iclasında söyləyib.
Daha əvvəl Pentaqon ölən əsgərlərin milliyyətini açıqlamaqdan imtina edib.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü, general leytenant Ceffri Harrigian isə bunları deyib: “Biz vahid düşmənə-İŞİD-ə qarşıyıq. Başqa heç kəslə savaşmaq istəmirik, amma nazir Mettisin keçən həftə dediyi kimi: bizi hədələsəniz, bu sizin ən uzun və ən pis gününüz olacaq”.
Ötən həftə Suriyada ABŞ-ın hava zərbələri nəticəsində böyük sayda Rusiya muzdlularının öldürülməsi barədə media xəbərlərinin yayılmasının ardınca Rusiya prezidenti Vladimir Putinin sözçüsü Kremlin “belə bir informasiyaya malik olmadığını” deyib. Lakin adları çəkilməyən ABŞ rəsmisi və üç rusiyalıya istinad edən “Bloomberg” agentliyi fevralın 13-də bildirib ki, ABŞ qüvvələri Suriyada fevralın 7-də baş vermiş insident zamanı “Rusiyanın çox sayda müqaviləli əsgərini öldürüb”.
“Bloomberg” özünün iki rus mənbəsinə istinadən yazıb ki, Deyr əz-Zor regionunda ABŞ və onun dəstəklədiyi qüvvələrin nəzarətindəki bazaya və neftayırma qurğusuna uğursuz hücum zamanı əksəriyyəti ruslyalılar olmaqla 200-dən çox muzdlu əsgər öldürülüb. “Bloomberg” adı çəkilməyən Rusiya “muzdlu komandirinə” istinadən yazır ki, ölü sayının artacağıgözlənilir, beləki onun komandası altında olmuş onlarca döyüşçü hazırda Moskva və Sankt Peterburqun xəstəxanalarında müalicə olunur.
"Bloomberg” son günlərdə bu insident barədə yazan yeganə media deyil və əgər xəbərlər doğrularsa, bu, ABŞ-ın hava zərbələri nəticəsində Rusiya vətəndaşlarının öldürüldüyü ilk hadisə sayılacaq.
Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, onun əsgərlərindən heç biri həmin ərazidə olmayıb, orada olan Suriya hökumət hərbçiləri isə öz hərəkətlərini Rusiya hərbçiləri ilə koordinasiya etməyiblər. Lakin bu bəyanatlara baxmayaraq, Rusiyanın muzdlu əsgərlərinin şərqi Ukrayna və Suriyada müqavilə əsasında döyüşdüyünə dair çoxsaylı faktlar mövcuddur. CBS News adı çəkilməyən Pentaqon rəsmisinə istinadən fevralın 8-də bildirib ki, bu insident zamanı Rusiya muzdluları həlak olub.
“Bloomberg”-in istinad etdiyi ABŞ rəsmisi isə sözü gedən insident zamanı 100 nəfərin öldürüldüyünü və 200-300 nəfərin yaralandığını bildirib. Deyr əz-Zorda rusiyalıların ölümlərinə dair xəbərlər Vaşinqtonla Moskva arasındakı münasibətlərin çox gərgin dövrünə təsadüf edir. Bu hadisə həm də martın 18-də keçiriləcək prezident seçkisinin ərəfəsində baş verib.Təhlilçilər belə xəbərlərin Putinin seçki kampaniyası üçün “yaxşı təbliğat” olmadığını bildirirlər.