ABŞ və Avropa meydan oxuya bilmir - Sualtı gəmi BÖHRANI

25-02-2018, 20:28           

ABŞ Hərbi Dəniz Piyadaları Korpusunun komandanı, general Robert Neller bəyan edib ki, donanmasında daha çox sualtı gəmilər görmək istəyir.

General etiraf edib ki, Rusiya, Çin, Şimali Koreya və İran kimi rəbiqlər Amerika desant gəmilərinin öz sahillərinə sakitcə yaxınlaşmasına imkan verməyəcək vəziyyətdədirlər.

Robert Neller bildirir ki, terrorçulara qarşı 17 illik mübarizədən sonra Amerikanın dəniz donanması rəqiblərlə necə döyüşməyi gözdən keçirir. Bura raket-bomba zərbələrinin həyata keçirilməsi, kimyəvi silahlardan qorunmaq üçün lazım olan geyimlərlə döyüşmək, cavab hücumunun zərbəsinə tuş gəlməmək üçün yaylımdan sonra artilleriya qurğularını işə salmaq daxildir.

teref.az modern.az-a istinadən məlumat verir ki, Amerika ekspertləri müzakirə aparırlar ki, Pentaqona "Kolumbiya" atom sualtı gəmisi tipində yeni silahlar lazımdır.

Hərbi analitik və sualtı gəmilər üzrə mütəxəssis Tomas Kallender hesab edir ki, ABŞ-a minimum bu cür 12 sualtı gəmi lazımdır.

Onun sözlərinə görə, həmin sualtı nüvə silahlarının 6-sı Sakit okeanda, 4-ü Atlantik okeanda yerləşdirilməlidir. Qalan ikisi isə rezervdə qalmalıdır ki, ehtiyac olduğu zamanlarda digərlərini əvəzləyə bilsin.

Lakin Tomas Kallender əmin deyil ki, 12 sualtı gəmi effektiv müdafiə üçün kifayətdir, üstəgəl həm qiymət, həm də sənaye potensialı məsələsi ortaya çıxır.

Qərb mətbuatı yazıb ki, 12 sualtı gəminin 2035-ci ildə satın alınması gözlənilir. Ancaq digər bir məsələ də var ki, həmin sualtı gəmilər alınandan sonra 2042-ci ildən tez istifadəyə verilməyəcək.

Avropanın özündə də sualtı gəmilərlə bağlı problemlər var. Almaniya parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Hans Piter Bartels bildirib ki, Almaniya donanmasının sualtı gəmilərin istehsalı ilə bağlı işləri heç də yaxşı getmir.

Əslində onun sözlərində böyük həqiqət var. Belə ki, bu yaxınlarda "Type 212A" sualtı gəmisi Norveç sahilində qayaya dəyib zədələndikdən sonra Almaniyanın bu sahədə ciddi problemlərinin olduğu üzə çıxdı.

Rusiya mətbuatı isə qeyd edir ki, faktiki olaraq bu gün Almaniyanın sualtı gəmiləri yox dərəcəsindədir.

Hans Pter Bartelsin sözlərinə görə sualtı gəmilərin hazırlanması ilə bağlı maddi təminat problemləri də mövcuddur.

Böyük Britaniya da analoji problemlə üz-üzədir. Britaniya məhkəməsi zabit Castin Koddu təqsirkar bilib. Səbəb isə Castin Todd "Ambush" sualtı gəmisinin təlimi zamanı səhvə yol verib və gəmi 1.1 milyard funt sterlinq dəyərində olan tankerlə toqquşub, 3 aydan sonra isə sıradan çıxıb.

Hadisə 2016-cı ilin iyulunda baş verib, lakin istintaq işləri bu yaxınlarda bitib. Castin Kodd isə özünü təqsirkar bilib və məhkəmə ona yüngül cəza ilə kifayətlənib.

Belə bir məqamda isə Qərb mətbuatı, hərbi analitikləri Rusiyanın atom sualtı gəmilərini daha da modernləşdirdiyi barədə həyəcanlı fikirlər səsləndirirlər. Çoxları hesab edir ki, ABŞ və Avropa sualtı gəmiləri ilə Rusiyaya meydan oxuya bilməz, səbəb isə Rusiyada daha güclü texnologiyanın olmasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.