Rusiyanın 2 min ABŞ əsgərini öldürməsi yalanı: - əsl həqiqət...

26-02-2018, 13:07           
Rusiyanın 2 min ABŞ əsgərini öldürməsi yalanı: - əsl həqiqət...
Rusiaynın Su-57 təyyarələrinin ABŞ-ın 2 min hərbçisini Şərqi Qutada məhv etməsi xəbəri reallığı əks etdirmir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Riafan.ru” saytı çıxış edib. Sayt bu informasiyanın sadəcə təbliğat vasitəsi olduğunu bildirib:

“S-57 həqiqətən bir neçə gün əvvəl Suriyaya gəlib. Lakin heç bir mənbə, o cümlədən hərbi birləşmələrin media mərkəzləri Şərqi Qutaya təyyarələrin hücumunu təsdiqləmir. Əslində ABŞ hərbçiləri Xüms vilayətinin cənubundakı Ət-Tanfda, eləcə də Şimali və Şərqi Suriyadakı kürd birləşmələrinin nəzarətindəki bölgələrdə yerləşirlər. Digər tərəfdən, ABŞ hərbçiləri heç vaxt bu qədər sayda əsgəri qüvvədən hətta Rakka və Mosul kimi əməliyyatlarda istifadə etməyib”.

“Riafan.ru”ya açıqlama verən rusiyalı ekspert Vladimir Şapovalov isə bu məlumatın Rusiyaya qarşı aparılan informasiya müharibəsinin bir elementi olduğunu bildirib:

“Bu informasiya müharibəsində ABŞ, Qərb KİV-i iştirak edir. Bu məlumat daha çox Rusiyanın Suriyadakı fəaliyyətinin məhdudlaşdırılması cəhdindən başqa bir şey deyil. Yayımlanan mətn kifayət qədər kobud şəkildə hazırlanmış təbilğat məqaləsidir və hədəfi Qərb ölkələridir. Belə bir informasiya hücumundan sonra müxalifətə və terrorçular tərəfindən Suriya ordusuna qarşı real hərbi fəaliyyətlərin başlanmasını görsəm, təəccüblənmərəm. Bu fəaliyyətlər zamanı isə Suriyadakı döyüşçülər bunun Suriya ordusu və Rusiya aviasiyasının fəaliyyətinə qarşı cavab olacağını deyəcəklər”.

Qeyd edək ki, Rusiyanın beşinci nəsil S-57 təyyarələri Şərqi Qutadakı amerikalı hərbçilərə zərbə endirməsi nəticəsində 2 min ABŞ hərbçisinin öldüyü barədə xəbər yayılmışdı. Rusiyanın REX agentliyinin də tirajladığı məlumatda bunun “Vaqner” döyüşçülərinin öldürülməsinə cavab olduğu iddia edilirdi. Məlumatda həmçinin vurğulanırdı ki, ABŞ Dövlət Departamenti bombardmandan sonra Moskvaya zəng etməyə çalışsa da, Rusiyada onların zənginə heç kim cavab verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.