Liviyanın keçmiş başçısı Müəmmar Qəddafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazır olduğunu bildirib

22-03-2018, 09:36           
Liviyanın keçmiş başçısı Müəmmar Qəddafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazır olduğunu bildirib
Liviyanın keçmiş başçısı Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi atasının Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin prezident kampaniyasını maliyyələşdirməsi haqqında dəlil və sübutlar göstərməyə hazır olduğunu bildirib. Bu haqda "Report" "Middle East Monitor" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, Seyf əl-İslam Qəddafi maliyyə vəsaitlərinin Sarkozinin Tripolidəki seçki qərargahının keçmiş başçısı Klod Quanta çatdırılmasının şahidi olub.

Qəddafinin ailəsi Liviyanın dağılmasında iştirak etdiyi üçün Sarkozinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Xatırladaq ki, martın 20-də hüquq-mühafizə orqanları tətəfindən saxlanılan Fransanın sabiq prezidenti Nikolya Sarkozi martın 21-də axşam sərbəst buraxılıb.

Sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib.

N. Sarkozi seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Martın 21-də istintaq orqanları Nikolya Sarkoziyə qarşı ittiham irəli sürüblər. Keçmiş dövlət başçısı Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru