İngiltərə kraliçası Məhəmməd peyğəmbərin nəslindəndir - Şok

12-04-2018, 07:34           

İngiltərə kraliçası Yelizavetanın soykökü 43 nəsil əvvəldə Məhəmməd peyğəmbərin nəslinə söykənir.

Kult.az xəbər verir ki, bununla bağlı ingilis alimlərin 1986-cı ildə üzə çıxardığı faktlar “Al-Ousboue” adlı Mərakeş nəşrində yayımlandıqdan sonra gündəmə gəlib.

Məlumata görə, bu barədə ilk araşdırmanı İngiltərənin “Burke's Peerage” qurumu aparıb. Araşdırmalara əsasən, kraliçanın soyunun İspaniya müsəlmanlarına və Həzrəti Fatiməyə qədər uzandığı iddia edilib. Yelizavetanın nəslinin erkən orta əsr İspaniyasına qədər uzanması məsələsinin tarixçilər arasında ixtilafa səbəb olduğu bildirilib. Kraliçanın soykökü barədə iddiaları həmçinin Misirin keçmiş baş müftüsü Əli Qomaa da təsdiqləyib.

“Burke's Peerage”in araşdırmalarına görə, kraliçanın nəsli müsəlman şahzadə Zaidaya qədər uzanır. Zaidanın Məhəmməd peyğəmbərin nəslindən olan və şərab içən bir xəlifənin nəvəsi olduğu qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru