Şahzadə Rza Pəhləvi:"Çox böyük ehtimalla, cəsəd babam Rza şahındır”

26-04-2018, 08:37           

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-da yaşayan oğlu deyib ki, Şəhr ziyarətgahının yaxınlığında aşkar olunmuş mumiyalı cəsəd “böyük bir ehtimalla” onun babasınındır.

Şahzadə Rza aprelin 24-də verdiyi bıəyanatda bildirir: “Şəhri-Rey yaxınlığında cəsədin aşkar olunduğuna dair ilk xəbərləri alandan sonra ailəm və mən əlavə infiormasiyalar toplayıb qiymətləndirməyə başladıq. Bu təhlillərdən sonra inandığımı bildirirəm ki, cəsəd, çox böyük bir ehtimalla, mənim babam Rza şahındır”.

Azadlıq Radiosunun geniş reportajında deyilirdi ki, mumiya Rza şahın dəfn olduğu yerin yaxınlığında aşkar edilib.

ABŞ-da yaşayan Rza Pəhləvi İranın hakimiyyət orqanlarını “onun ailəsi tərəfindən müəyyən edilmiş etibarlı tibb ekspertlərinin cəsədi müayinə etməsinə və bundan sonra Rza şahın ləyaqətli şəkildə dəfn olunmasına icazə verməyə” çağırıb: “Bu, sadəcə şəxsi və ya ailə məsələsi deyil, mədəni və tarixi əhəmiyyətə malik məsələdir. Çünki Rza şah bütün iranlılara məxsusdur”.

1941-ci ildə oğlunun xeyrinə taxt-tacdan imtina etməyə məcbur edilmiş Rza şah, 1944-cü ildə Cənubi Afrika Respublikasında vəfat edib. Onun cənazəsi buradan Qahirəyə aparılmış, orada mumiyalanaraq İrana gətirilmiş və Şəhr ziyarətgahının yaxınlığındakı məqbərədə dəfn olunmuşdu.

Məqbərə 1979-cu ildə Rza şahın oğlu Məhəmməd Rzanı devirmiş İslam İnqilabının ardınca dağıdılmışdı.

Rza şah İranı modernləşdirən və dünyəviləşdirən monarx kimi tanınır.

Azadlıq Radiosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru