Zərərçəkmiş iş adamı həbsdə olan "AMAY" rəhbərinə qarşı mülki iddia qaldırıb

27-04-2018, 13:40           
Zərərçəkmiş iş adamı həbsdə olan "AMAY" rəhbərinə qarşı mülki iddia qaldırıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MTK-nın vəzifəli şəxslərinin məhkəməsi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər mülki iddia qaldırıb.

Onlar mülki iddialarını məhkəməyə təqdim ediblər.

Zərərçəkmişlərdən biri "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə qarşı mülki iddia qaldırdığını qeyd edib.

Hakim bildirib ki, A.Abdullayev bu cinayət işinə cəlb edilmədiyi üçün məhkəmənin buna baxmağa səlahiyyəti yoxdur.

Daha sonra zərərçəkmiş Şəlalə Mustafayeva vəsatət qaldıraraq, hüquqi şəxs olan "Xudafərin" MMC-nin də ziyanın qaytarılması üçün cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Bundan başqa, zərərçəkmişlərin bir qismi təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirini həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyiblər.

Məhkəmə zərərçəkmişlərin vəsatətini təmin etməyib. Mülki iddialar isə icraata qəbul edilib.

Məhkəmə prosesi mayın 11-də davam etdiriləcək.

İttihama görə, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, şirkət "AMAY Abdulla" kimi tanına iş adamı Abdulla Abdullayevə məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.