Kafedə başlayan sevgi polisdə bitdi – Təfərrüat

30-04-2018, 08:51           

Nərimanov rayonunda xuliqanlıq cinayəti baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Təbriz küçəsi 105/35-də yerləşən kafedə Röyalə Cəfərli sevgilisi Toğrul Cəfərov tərəfindən döyülüb.

Röyalə Cəfərli sevgilisi tərəfindən döyülməsi barədə Nərimanov rayon Polis İdarəsinə şikayət edib.

Sevgilisi tərəfindən şikayət olunan Toğrul Cəfərov polis idarəsinə çağırılıb və onun izahatı alınıb.

O bildirib ki, Röyalə ilə bir müddət əvvəl tanış olublar və sonradan sevgi münasibətləri yaranıb.

Toğrul Cəfərovun sözlərinə görə, Röyalə qeyd olunan kafedə ofisiant işləyib. Son günlər onların arasında münasibət soyumağa başlayıb.

Röyalə Toğrul ilə kobud davranmağa başlayıb. Bu isə Toğrulun xoşuna gəlməyib.

Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə sonda qadının döyülməsi ilə nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru