Sevgilisi ilə birlikdə adam öldürən şəxsə hökm oxundu - qumar borcu cinayəti

30-04-2018, 12:34           
Sevgilisi ilə birlikdə adam öldürən şəxsə hökm oxundu - qumar borcu cinayəti
Qətl törətməkdə təqsirləndirilən ər-arvadın məhkəməsi naşlayıb. Hadisənin qumar borcuna görə baş verdiyi deyilir.

Musavat.com xəbər verir ki. Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eşqin Rəsulov və Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Onlar qeyri-rəsmi ər-arvad münasibətində olublar.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Eşqin Rəsulov 18, Ramella Əlmuradova isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hadisə ötən il noyabrında Quba rayonu Alpan kəndində baş verib.

Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Ramella Əlmuradovanın evinə çağırıb.

Onlar birlikdə spirtli içki qəbul ediblər və daha sonra da qumar oynamağa başlayıblar.

Oyun əsnasında Anar Balayev Eşqin Rəsulovu təhqir edib. Bu zaman Eşqin Rəsulov Anar Balayevi yerə yıxaraq yumruq təpik zərbələri vurmağa başlayıb.

Anar Balayev müqavimət görən zaman Eşqin Rəsulov Ramelladan dostunun əl-qolunu bağlamaq üçün ip istəyib.

Ramella Əlmuradova ipi gətirərək Anar Balayevin əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan Anar Balayev aldığı yumruq və təpik zərbələrindən dünyasını dəyişib.

Eşqin Rəsulov ilkin ifadəsində dostunun atvadını zorlamaq istədiyi üçün qətlə yetirdiyini desə də, aparılan araşdırmalar zamanı qətlin qumar üstündə baş verdiyo bildirilir.

Bildirək ki, onlar Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.