Rusiyada korrupsiya çempionatı – milyardların sovrulduğu stadionlar

2-05-2018, 17:49           
Rusiyada korrupsiya çempionatı – milyardların sovrulduğu stadionlar
Rusiyada futbol üzrə dünya çempionatı ərəfəsində sonuncu istifadəyə verilən stadion Samaradakı “Samara-Arena” olub.

“Bu stadion külli miqdarda bədxərcliyin simvollarından biri sayıla bilər”, - Almaniyanın “Der Spiegel” qəzetindən Kristina Hebel yazır.

Müəllif Samara vilayətnin keçmiş qubernatoru Nikolay Merkuşkinin ilk öncə qeyri-adi və tayı-bərabəri olmayan stadion tikmək fikrinə düşdüyünü yazır. Belə ki, stadionun şəffaf materialdan hazırlanan damı havada buxarlanan kosmik arenanı xatırlatmalı imiş. Keçən ilin sonunda isə Merkuşkin Putin tərəfindən vəzifəsindən azad olunur. İndi stadionla bağlı bütün problemlər üçün məhz keçmiş qubernator “günah keçisi” elan edilib.

Belə ki, stadionun dam örtüyü şəffaf materialdan deyil, olduqca ucuz metal elementlərdən düzəldilib. Samara futbol klubunun azarkeşlər birliyinin rəbəri Sergey Leybqardın sözlərinə görə isə, stadion bu görkəmi ilə alovlanan kosmik gəmidən çox, tısbağanı xatırladır.

Yazıda stadionun tikintisi üçün öncələr 13,2 milyard rubl nəzərdə tutulduğu, daha sonra korrupsiya sayəsində bu rəqəmin sonralar daha da şişdiyi qeyd olunub.
Leybqard stadionun layihəsindən tikilməsinə qədər ayrılan pulların üstündə yuxarılarda dava getdiyni söyləyir. Hazırda stadionun ümumi məsrəfləri 18,9 milyard rublu ötür və bu rəqəm gündən-günə artmaqda davam edir.

Əvvəllər qubernator Merkuşkin stadionun tikintisini öz adamlarına məxsus şirkətlərə tapşırmaq istəyib. Lakin stadionun əsas podratçısı “Kazan” tikinti-istehsalat birliyi öz subpodratçıları ilə çalışmağa başlayıb. Daha sonra işə Moskvadan İdman nazirliyi də “əl uzadıb”. Nəticədə isə 2016-cı ildə stadiounu tikintisi bir müddət dayandırılıb.

Stadionun damının konstruksiyası tam olaraq hazır görünmür, qazon isə tələsik olaraq Almaniyadan sifariş verilərək gətirilib.

Stadionun tikintisi zamanı ən “ayaq altda qalanlar” isə ənənəvi olaraq fəhlələr olub. Onların aylarla maaş almadıqları söylənilir.

Samaranın vitse-qubernatoru Aleksandr Fetisovun isə problemi ölkədəki sərt qışın üstünə atmaq istəməsi yoxlama üçün gələn FİFA nümayəndələrinə inandırıcı gəlməyib və hətta onlar bu izahatı özlərinə hörmətsizlik kimi qəbul ediblər. Hər halda qış Rusiya üçün təbiətin möcüzəsi hesab olunmur.

Stadionun bahalığına gəldikdə isə Fetisov onu uşaqla müqayisə edib. “Əgər uşaqda hansısa problem olsa, siz onu sevməyi kəsəcəksiniz”, - vitse-qubernator stadionun problemləri ilə bağlı qəribə məntiq çıxarıb.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.