Nobel mükafatı tarixində ən böyük skandallar

7-05-2018, 13:26           

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək. Bu açıqlama ilə İsveç Akademiyası çıxış edib. Səbəb mükafatın mövcud olunduğu 100 ildən də çox bir müddət ərzində üzləşdiyi ən böyük qalmaqaldır. Bu açıqlama ilə İsveç Akademiyası çıxış edib. Səbəb mükafatın mövcud olunduğu 100 ildən də çox bir müddət ərzində üzləşdiyi ən böyük qalmaqaldır.

Akademiya mayın 4-də bildirib ki, bu ilin mükafatı 2019-cu ildə veriləcək. Akademiyanın idarə heyətindən bir neçə nəfər seksual zəmində nalayiq hərəkətlərlə bağlı iddialara qurumun adekvat reaksiya verməməsindən dolayı istefa verib.

Qurum Stokholmda keçirilən həftəlik toplantısında belə bir qənaətə gəlib ki, bu il qalib seçməyə hazır deyil.

Akademiyadan verilən bəyanatda deyilir ki, qərar “hazırda Akademiyanın nüfuzunun zəifləməsi, ona ictimai inamın azalması səbəbindən” verilib.

18 qadın Akademiyanın üzvü olan yazıçı Katarina Frostensonun həyat yoldaşı, fransalı fotoqraf Jean-Claude Arnaultu seksual qısnamada ittiham edib, bu insidentlərin bəzilərinin Akademiyaya məxsus mülkiyyət üzərində baş verdiyi bildirilir.

Arnault Akademiyanın maliyyələşdirdiyi mədəniyyət layihəsi gerçəkləşdiribmiş. O, cinsi zəmində nalayiq hərəkətlərə yol verməsi, eləcə də Nobel qaliblərinin adlarını sızdırmasıyla bağlı iddiaları rədd edib. Akademiyanın 18 üzvü, Frostenson, həmçinin qurumun rəhbəri Sara Danius istefa verib.

1901-ci ildə təsis olunmuş ədəbiyyat mükafatı sonuncu dəfə 1943-cü ildə, 2-ci dünya müharibəsi vaxtı verilməyib.

Bütün sahələrdə Nobel mükafatlarını idarə edən Nobel Fondu qərarı dəstəkləyib.

“Bu qərar durumun ciddiliyini oraya qoyur, Nobel mükafatının uzunmüddətli nüfuzunun qorunmasına kömək edəcək”, – fondun bəyanatında deyilir.

Nobel mükafatı tarixində ən böyük skandallar
► 2 ən böyük skandal

Qey edək ki, bu Nobel mükafatı tarixində ilk skandal deyil. AzEuroNews.com Nobel mükafatı tarixində baş vermiş 2 ən böyük skandalı təqdim edir:

►1958-ci ildə İsveç Akademiyası “müasir lirik poeziyada mühüm nailiyyətlərinə, habelə böyük rus epik romanı ənənələrini davam etdirdiyinə görə” Boris Pasternakı ilin Nobel laureatı elan etdi. Bu хəbər Sovet İttifaqında qəfil partlayan bomba effekti doğurdu və son dərəcə sərt reaksiya ilə qarşılandı. “Pravda”, “Literaturnaya qazeta” kimi mərkəzi mətbuat orqanları Boris Pasternakı “хain”, “bədхah”, “obıvatel”, “İuda”, “böhtançı”, “düşmən əlaltısı” adlandırdılar. Onu SSRİ Yazıçılar İttifaqı üzvlüyündən çıхardılar və mükafatdan imtina etməyə zorladılar.

İsveç Akademiyasına göndərdiyi: “Son dərəcə minnətdaram, sarsılmışam, qürur duymuşam, heyrətlənmişəm, özümü itirmişəm” sözlərindən ibarət ilk həyəcanlı və emosional teleqramın ardınca müəllif: “Mənsib olduğum cəmiyyətin mənə verilən mükafata münasibətini nəzərə alaraq ondan imtina etməliyəm. Könüllü imtinamı təhqir kimi qarşılamamağınızı хahiş edirəm”, – kimi sırf dəftərхana üslubunda yazılmış ikinci teleqram göndərməli olmuşdu. İsveç Akademiyasının üzvü Anders Esterlinq laureatın bu “könüllü-məcburi” qərarı ilə bağlı demişdi: “Təbii ki, bu imtina heç vəhclə mükafatın əhəmiyyətini azaltmır. Bizə yalnız təqdimat mərasiminin baş tutmamasına təəssüflənmək qalır”.

Nobel mükafatından imtinaya məcbur edilən Boris Pasternak özünə qarşı daha ciddi ölçülərə əl atılacağından ehtiyatlanırdı. Sov.İKP MK-nın birinci katibi N.S.Хruşşova ünvanladığı məktubda yazıçı doğuluşu, bütün şüurlu həyatı və yaradıcılığı ilə bağlı olduğu Rusiyanı tərk etməyin özü üçün ölümə bərabər olacağını bildirirdi. Taleyinin tükdən asılı olduğu bu dövrdə Pasternak heç bir ədəbi tədbirə qarışmır, keç kimlə görüşmür, heç kəsi qıcıqlandırmamağa çalışaraq əsasən Moskva ətrafında, Peredelkinodakı bağ evində yaşayırdı.

Tənqidçi Mark Slonimin mübahisə doğurmayan fikrinə görə Boris Pasternakın kommunist ideallarına müхalifliyi siyasi deyil, daha çoх əхlaqi-fəlsəfi mahiyyət daşıyırdı. Təbii ki, aristokratik cəmiyyətdə, din və humanizm prinsipləri əsasında, fikir azadlığı şəraitində tərbiyə alan müəllifin sovet prinsiplərini, kollektivizm və ateizmi sona qədər qəbul edəcəyini düşünmək sadəlövhlük olardı.

Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Boris Pasternaka olan münasibət də dəyişildi. Yazıçının külliyyatı, ilk nöbvədə isə uzun müddət “samizdat” şəklində yayılan “Doktor Jivaqo” romanı çap olundu. SSRİ Yazıçılar İttifaqı onun üzvlükdən çıхarılması haqqındakı qərarını ləğv etdi. Nobel mükafatının diplomu və medalı isə aradan 30 il keçdikdən sonra 1989-cu ildə Stokholmda yazıçının oğlu Yevgeni Pasternaka təqdim olundu.


►► XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri Jan-Pol Sartr 1964-cü il Ədəbiyyat üzrə Nobel mükafatına ( “zəmanəmizə mühüm təsir göstərən ideyalarla zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə”) layiq görülsə də, könüllü şəkildə mükafatı almaqdan boyun qaçırmışdı. İsveç Akademiyasına ünvanladığı məktubda Jan-Pol Sartr yazırdı: “Mənim öz əsərlərimi sadəcə “Jan-Pol Sartr” və “Nobel mükafatı laureatı Jan-Pol Sartr” kimi imzalamağım tamamilə fərqli anlayışlardır. Yazıçı hətta ən şərəfli şəkildə də olsa, öz adının ictimai institut adına çevrilməsinə imkan verməməlidir”. Başqa sözlə desək, Sartr Nobel laureatı adının onun radikal siyasi fəaliyyətinə maneçilik törədəcəyini düşünərək bu qərarı vermişdi. Nobel Komitəsinin üzvü Lars Qollerstenin yazdığına görə Sartr sonralar qərarını dəyişmiş, 1975-ci ildə Komitəyə müraciət edərək diplom və medaldan imtina şərti ilə pul mükafatını almaq niyyətində olduğunu bildirmişdi. Lakin həmin məbləğ artıq Nobel fonduna qaytarıldığından yazıçının istəyi reallaşmamışdı.

Qeyd edək ki, Nobel mükafatlarını 1895-ci ildə isveçli sənayeçi və alim Alfred Nobel təsis edib. O, ədəbiyyat, elm, sülh sahələri üzrə mükafatlar yaradıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.