Kəmalə Ağazadənin məhkəməsi oldu

7-05-2018, 20:17           
Kəmalə Ağazadənin məhkəməsi oldu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib. Anket məlumatları dəqiqləşdirildikdən sonra cinayət işinin məhkəmə baxışına qəbul edilməsinə qərar verilib.

Proses mayın 17-də davam etdiriləcək.

İttihama görə, K.Ağazadə Azərbaycan Uşaqları Birliyinin sədri işləyərkən Səhiyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihənin müddətinin uzadılacağını vəd edərək həmin layihə çərçivəsində əməkdaşlıq etdiyi Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqovadan ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Həmin pulu isə nazirlikdəki vəzifəli şəxsə verəcəyini deyib. O, həbs edilməsə də, barəsində polisin nəzarətinə verilməklə başqa yerə getməmək qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru