300 məhkumun ölümünü izləyən qadın xatirələrini yazdı: “Edam səhbasında son dəqiqələr”

8-05-2018, 08:42           
300 məhkumun ölümünü izləyən qadın xatirələrini yazdı: “Edam səhbasında son dəqiqələr”
Mişel Lyons Rikki Makginin ölüm anını izləməsindən 18 il ötməsinə baxmayaraq, hələ də bu hadisənin onu ağlatdığını deyir. 12 müddətində ABŞ-ın texas ştatında yerləşən ölüm cəzasının icra edildiyi qurumda işləyən Mişel Lyonsun vəzifəsi edam edilənləri izləmək olub. O, “Edam səhbasında son dəqiqələr” kitabında şahid olduğu hadisələri yazıb.


Mişel Lyons bildirib ki, hələ də Rikki Makginin anasını olüm otağının pəncərəsinə yapışıb qalmış halda xatırlayır. 12 il müddətində ştatda baş tutan bütün edamları izləyən Mişel xərəyə bağlanmış 300 kişi və qadının öldürülməsinə şahid olub. O, bildirib ki, ilk dəfə bir məhbusun edamına şahidlik edəndə 22 yaşında imiş.

O, yazır: “Edamları izləmək işimin bir hissəsi idi. Ölüm cəzasından yanayam, bəzi cinayətlərin qarşılığında bunun uyğun olduğunu düşünürdüm”.

Qeyd: Texasda 1924-cü ildən bəri bütün edamlar Huntville adlı kiçik qəsəbədə həyata keçirilir. Bu qəsəbədə 7 cəza evi var. 1972-ci ildə ABŞ Konstitusiya Məhkəməsi amansız cəza olduğunu göz önünə alaraq, edamı ləğv edib. Təxminən 2 ildən sonra Texas ştatı edam cəzasını geri gətirib. Bu dəfə zəhərli iynə ilə yeni edam üsulu yaranıb. 1982-ci ildə zəhərli iynə ilə öldürülən ilk məhkum Çarli Bruks olub.


Kitabın müəllifi bildirib ki, o zaman edamlardan təsirlənməsə də, indi hadisələrə yenidən nəzər salanda narahatlıq hissi keçirir. O, bildirib ki, 12 il öldürülən insanları izləməyinə imkan verən hissizliyi olub.

Lyons yazır: “Bir insanın həyatdakı son dəqiqələrini izləmək normal deyil, amma Texas məhkumları o qədər tez-tez öldürülürdü ki, adiləşmişdi. 1924-1964-cü illərdə 361 məhkum elektrikli stula bağlanaraq öldürülmüşdü. Bu edam üsulu iynədən daha dəhşətli idi”.


Mişel Lyons yazır ki, dünyanın hər yerindən ona elektron məktublar yazıb, “dövlətin dəstəklədiyi cinayətə xidmət”də günahlandırırlar. O, edama məhkum edilmiş, uzun müddət ölümünü gözləyən məhkumların ailələri ilə tanış olduğunu bildirib. Mişel Lyons qeyd edir ki, bunlar arasında təcavüzkarlar, uşaq qatilləri, silsilə qatıllər də olub. Mişel 2004-cü ildə hamilə olduğunu, bundan sonra fikirlərinin qarışdığını, edamları izləməyin artıq dözülməz olduğunu yazır. Lakin o, işinə 8 il daha davam edib.

O, qeyd edir ki, məhkum edam olunan zaman qurbanın ailəsi şahid otağında edami izləyirmiş: “Evimdə onun üçün hər şeyi edə biləcəyim uşağım məni gözlədiyi an bu qadınlar öz uşaqlarının ölümünü izləyirdi. Anaların qışqırıb ağladığını, divarı yumruqlayıb-təpiklədiyini eşidirdim”.

Mişel xatirələrin onu narahat etdiyini qeyd edir: “İşdən ayrıldıqdan sonra daha az düşünüb, hiss edəcəyimi sanırdım, lakin əksinə oldu, dayanmadan bunları düşünürəm”.

Kitabda Mişel Lyons hələ də edam cəzasının vacib olduğunu düşündüyünü qeyd edib.

Qeyd edək ki, 2013-cü ildə keçirilən sorğuda Texaslıların 74 faizi edam cəzasını dəstəkləyib.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.