Azərbaycan pasportu dünya reytinqində

23-05-2018, 16:01           

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.

Oxu.Az-ın məlumatına görə, 70-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.

47-ci yerdə göstərilən Rusiya pasportu bu ölkənin vətəndaşlarına 118 ölkəyə sərbəst şəkildə səyahət imkanı yaradır. Türkiyə pasportu 49-cu yerdə (111 ölkə), Gürcüstan 54-cü yerdə (100 ölkə) qərarlaşıb.

Reytinq cədvəlinin liderləri Yaponiyadır. Bu ölkənin vətəndaşları vizasız 189 ölkəyə səfər edə bilər.

İkinci yerdə qərarlaşan Almaniya və Sinqapur pasportu ilə isə 188 ölkəyə əngəlsiz səyahət etmək mümkündür.

Siyahıda ilk üçlüyü eyni vaxtda bir neçə ölkə tamamlayır. Bunlar İtaliya, Finlandiya, İspaniya, Fransa, İsveç və Cənubi Koreyadır. Həmin ölkələrin vətəndaşları vizasız 187 ölkəyə səyahət edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru