Mir Cəfər Bağırova barmaqları kəsilib hədiyyə edilən erməni qatili Amazasp Srvantsyan

3-06-2018, 08:36           
Mir Cəfər Bağırova barmaqları kəsilib hədiyyə edilən erməni qatili Amazasp Srvantsyan
“Mən erməni xalqının qəhrəmanıyam, siz və Türklər tərəfindən öldürülən ermənilərin intiqamını almağa gəlmişəm. Xəzər Dənizindən Şah dağlarına qədər olan ərazilərdə yaşayan bütün Müsəlmanların kökünün kəsmək üçün buraya gəlmişəm” deyən erməni terrorunun amansız üzvlərindən
biri olan Amazaspın komandanlığı altında 2000 nəfərdən ibarət dəstə Qubada əhaliyə divan tutmuşdur. Amazaspın dəstəsi tərəfindən oğurlanmış əmlak 4 milyon rubl nəğdi pul, 4,5 milyon rubulluq briliant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon rubulluq müxtəlif mallar – xalça, ev əşyaları və s. olmuşdu.
Qubaya gələn Amazasp hirsli halda və eyni zamanda, yerli əhalinin müqavimətindən ehtiyat edərək deyir: “Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən artıq türk kəndini xaraba qoymuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Bura da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam.” 5 ay ərzində Quba qəzasında üst-üstə 16 min insan məhv edilmişdi. Amazaspın bu “xidmət”ləri Şaumyan tərəfindən çox yüksək qiymətləndirilib. Qubadakı faciəvi hadisələrdən sonra o, Bakı Soveti tərəfindən yaradılan və daşnak yaraqlılarından ibarət olan hərbi briqadaya rəhbər təyin olunub. Azərbaycan Cümhuriyyəti qurulandan sonra Amazasp İrana qaçır. İranda bir müddət qaldıqdan sonra Ermənistana keçən Amazasp burada yaradılmış Ermənistan Respublikasının fəaliyyətində yaxından iştirak etmək istəyir, ancaq 1921-ci ildə bolşeviklər tərəfindən həbs edilir. Həsbxanadan qaçmaq barədə düşünən erməni terrorçunun etdiklərini unutmayan Mir Cəfər Bağırov İrəvana gəlir. Həsbxanada onunla görüşür və onun Qubada öldürdüyü qohumlarının qanının yerdə qalmayacağına dair ona Bakıda dediyi sözləri xatırladır. Amazasp Bağırova baxaraq gülmüş və “burdan çıxandan sonra sağ qalanları da öldürəcəyəm” deyir. Bağırovun xahişi ilə erməni bolşeviklər Amazaspın qaldığı kameraya Ərzurumda bütün nəsli qətl edilən Süleyman Nuri adlı kommunisti salırlar. Süleyman Nuri iki erməni bolşevikinə qatilin əllərini bağlamağı tapşırır və əlinə balta alaraq hissə-hissə onu doğramağa başlayır. Mənbələr yazır ki, iki qolu balta ilə kəsiləndən sonra “Vəhşilər, məgər adamı belə öldürərlər ?!”-deyə qışqıran qatilin səsi bütün həbsxananı bürümüşdü. Onu tikə-tikə doğrayıb kameranın ortasına atıb çıxan Süleyman Nuri və iki erməni bolşeviki Bakıya gəlib Bağırovla görüşürlər. Deyilənə görə Bağırova erməni qatilinin kəsilmiş barmaqların gətirirlər ki, o da bunları itlərə yem edir. Hamazaspın bədəni və başı o qədər eybəcər hala salınmışdı ki, oğlu onu yalnız keçə çəkmələrindən tanıya bilmişdi. Beləliklə əli minlərlə insanın qanına batan erməni qatilindən Bağırov qohumlarının qisasın ala bilmişdir.
Zaur Əliyev, dosent












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.