Dəri rənglərimizin fərqli olmasının İNANILMAZ səbəbləri - FOTOLAR
13-06-2018, 08:14
Yer üzü fərqli dəri rəngləri və tonlarına sahib milyardlarla insana ev sahibliyi edir. Eyni iqlim şəraitində yaşamalarına rəğmən, olduqca fərqli dəri rənglərinə sahib insanlara rast gələ bilirik.
Bəs bu dəri rəngləri necə təkamülləşib? Niyə bəzi dəri rəngləri digərlərinə görə daha çox yayılıb?
Publika.az xəbər verir ki, dəri rənginiz nə olursa-olsun, bu fərqlilik Asiya və Afrikada yaşayan əcdadlarımıza işarə edir. Köç, təbii seçmə və bu kimi ətraf mühit səbəbləri dolayısı ilə dəri rənglərini dəyişdirib və zaman keçdikcə bu gün gördüyümüz hala uyğunlaşdırıb.
“Niyə insanlarda fərqli dəri rəngləri vardır” sualının cavabı isə DNT hüceyrələrində yatır. Elm adamları mitoxondrial (mtDNT) izləri müşahidə edərək ilk əcdadlarımızın Afrikadan digər bölgələrə nə zaman köç etdiyini ortaya çıxara bilir. Çünki mitoxondrial DNT cütləşmədən sonr anadan uşağa keçir. Daha çox dişi körpə daha çox mitoxondrial DNT xətləri deməkdir. Afrikadan bu DNT-nin çox qədim tiplərini izləyərək paleontoloqlar insanın əcdadlarıının fərqli növlərinin nə zaman təkamüldən keçdiyini və nə zaman digər bölgələrə köç etdiyini görə bilir.
Köçlərin başlanması ilə neandertallar kimi insanın əcdadları digər bölgələrə, iqlimlərə və bəzən daha soyuq iqlimlərə uyğunlaşa biliblər. Dünyanın maili olması Yer üzünə nə qədər Günəş işığının düşəcəyini, dolayısı ilə də istiliyi və yerə düşən ultrabənövşəyi şüaları təyin edir. Ultrabənövşəyi şüalar mutasiyaya yol açan kimyəvi və ya fiziki səbəb kimi bilinir və növün DNT-ni zaman içində dəyişdirə bilir.
Bildiyiniz kimi, ekvatora yaxın bölgələr Güməşdən gələn ultrabənövşəyi şüaları bütün il boyunca birbaşa qəbul edir. Bu durum ultrabənövşəyi şüaları əngəlləyən tünd rəngli piqment olan melaninin ifraz olunması nöqtəsində DNT-mizi xəbərdar edir. Beləcə də, ekvatora yaxın bölgələrdə yaşayan sağlam fərdlər tamamilə tünd rəngli dəriyə sahib ikən, daha böyük paralel üzərində yaşayan fərdlər yalnız ultrabənövşəyi şüaların birbaşa gəldiyi yay aylarında nəzərəçarpacaq qədər melanin istehsal edər.
Fərdin DNT quruluşu anadan və atadan qalan DNT qarışığı ilə müəyyən edilir. Bir çox uşaq ana və atasının dəri rənginin qarışığı tonunda dəri rənginə sahib olur. Ancaq yalnız ananın ya da yalnız atanın dəri rənginin daha çox olduğu faktların olduğu da məlumdur. Hansı rəngin daha uyğun olacağı isə daha sonra təbii seçmə tərəfindən müəyyən edilir və beləcə çox rast gəlinməyən dəri rəngləri ortadan qalxır.
Dəri rənginin fərqliliyinə səbəb olan faktları elmi səviyyədə öyrənmək cəhalətin bir qolu olan irqçiliyin də önünə keçəcək.