Gürcüstanda “qanuni oğru” əməliyyatı: “Çalbaş”, “Drel” və “Odo”nu Lotu Quliylə nə birləşdirib? - TƏFƏRRÜAT

18-06-2018, 22:09           
Gürcüstanda “qanuni oğru” əməliyyatı: “Çalbaş”, “Drel” və “Odo”nu Lotu Quliylə nə birləşdirib? - TƏFƏRRÜAT
Gürcüstan Daxili İşlər Nazirliyinin “oğru dünyası”na daxil olan 6 nəfəri saxlaması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Gürcüstan DİN-in nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib ki, saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 1980-ci il təvəllüdlü B.B. və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların “oğru dünyası” ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.

Gürcüstan KİV-lərinin yazdığına görə, əməliiyat Zestafoni şəhərində keçirilib. Həbs edilənlərdən biri də“Baxa” adlı oğrudur. Məlum olub ki, “Baxa” və digər iki nəfər isə hazırda xaricdə yaşayan “Patsua” ləqəbli Fridon Sulakvelidze və onun qardaşı Xviçanın əmrlərini yerinə yetirirmişlər.

Əməliyyat zamanı bir nəfər kriminal avtoritet qaçmağa nail olub. Amma çox uzağa gedə bilməyib. Söhbət 2007-ci ildən axtarışda olan Q.E. adlı şəxsdən gedir. Polis onu aeroportda həbs edə bilib.

Məlum olub ki, o, xaricdə yaşayan “Çalbaş” ləqəbli Otar Elikaşvili, “Burvaka” ləqəbli Georgi Axalmosulişvili, “Odo” ləqəbli Besik Çankoşvili və “Drel” ləqəbli Nodar Giorqadzeylə sıx əlaqədə olub, onların tapşırıqlarını yerinə yetirib.

Məlumata görə, yuxarıda adları çəkilən və xaricdə məskulaşmış “qanuni oğruların” hamısı Lotu Qulinin klanına daxildir.

Yeri gəlmişkən, DİN rəsmisi bildirib ki, həbs edilənləri 7 ildən 15 ilədək həbs gözləyir.(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.