Abbasilərin ən zalım xəlifəsi və onun amansız cinayətləri –Mütəvəkkil Abbasi

20-06-2018, 13:33           

Bu gün şəvval ayının 5-i Abbasi xanədanının 10-cu xəlifəs Mütəvəkkiin ölüm günüdür.

İslaminSesi.info – Mütəvəkkil adı ilə məşhur olan Abbasilərin 10-cu xəlifəsi Cəfər ibn Mötəsim öz zülmkarlığı və Əhli-beytə (ə) ən qatı düşmənliyi ilə məşhurdur.



Mütəvəkkil Abbasi 820-861 miladi illərdə yaşamış və xəlifəlik dövründə (233, 236, 237, 247-ci hicri illərində) 4 dəfə İmam Hüseynin (ə) məzarını dağıdan, şiələrə imamı ziyarət etdiyinə görə divan tutan zalım Abbasi xəlifəsidir. O imamsevərlərə məzarı ziyarət etməyi qadağan edər və onları buna görə cərimələyir, yaxud qətl eirdi.



Mütəvəkkil Abbasinin xəlifəliyi dövrü (847-861) müsəlmanların onuncu imamı İmam Hadinin (ə) zamanına təsadüf edirdi. O, həmçinin İmamın (ə) yaxın və sədaqətli səhabələrindən olan məşhur ədəbiyyatçı alim İbni Səkkiti şəhid edib. (Syuti. Tarixul-xuləfa)



O, Mədinə valisinə tapşırıq verir ki, şəhərdə heç kim Əli (ə) övladları və tərəfdaşları ilə heç bir ticari əlaqə qurmasınlar. Bu əmrdən sonra Əhli-Beyt (ə) tərəfdaşlarının vəziyyəti o həddə pis olur ki, ailədə namaz üçün paltarları növbə ilə geyirdilər. (Əbul-Fərəc İsfəhani. Məqatilut-talibin)



Həmçinin Mütəvəkkil Əhli-Beytə (ə) aid olan “Fədək” bağını təkrarən Əli (ə) övladlarının əlindən almış və Əhli-Beyt (ə) düşməni olan bir nasibi (Əhli-Beytə halayiq söz deməyə cəsarət edən) şəxsə hədiyyə etmişdir. (Fədək lil qəzvini 195)



Mütəvəkkilin düşmənçiliyi o həddə olub ki, özündən əvəllki xəlifələri Əli (ə) övladları ilə kifayət qədər mübarizə aparmadıqları üçün düşmən bilib.(Əl-ikmal fit-tarix109)



“Mütəvəkkil 3000 nəfər hədis söyləyəni Samirraya gətirdib, çoxlu xərc çəkib və onlara yalan hədislər yazdırıb” – Siyuti “Tarixul-xuləfa”



“Mütəvəkkil İmam Əlinin (ə) fəzilətləri barədə hədis söyləyən hər bir kəsə 1000 qamçı vurdurardı” – Siyuti “Tarixul-xuləfa”



İmam Hüseyn (ə) ziyarətinə gedən bir kəsi ələ keçirsəydi ya qətl edərdi, ya da əlini kəsdirərdi. (Tarixul-uməm vəl-muluk. 185)



Mütəvəkkilin ən iyrənc və alçaq cinayətlərindən biri də lənət və nalayiq sözlərin deyilməsi idi. Hətta tarixçilər yazır ki, Muaviyyə belə Hz.Zəhra (s.ə) haqqında artıq-əskik bir söz dilə gətirməyə cəsarət etməyib. Mütəvəkkil isə İmam Əli (ə), İmam Hüseyn (ə), hətta Xanım Zəhra (s.ə) barəsində lənət və halayiq sözlərə cəsarət etmişdir.



Nəhayət Mütəvəkkil sarayda nüfuz əldə etmiş Türk sərkərdələr tərəfində qətlə yetrilir və bununlada Abbasi xanədanlığının gücü tam zəyifləyir. Artıq xilafətdə söz sahibi Türk sərkərdələr idi. Onlar istədiyini xəlifə seçir, istədiyi xəlifəni öldürürdülər. Artıq Abbasilərdən heç kimsə xəlifəliyi irsi və ya qanuni yolla tələb edə bilmirdi.



Bu gün şəvval ayının 5-i Abbasi xanədanının 10-cu xəlifəs Mütəvəkkiin ölüm günüdür. Allah zalımlara əbədi lənət eləsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.