Xərçəngin və minbir dərdin dərmanı BƏNÖVŞƏYİ KARTOF — FOTOLAR

23-07-2018, 21:22           
Xərçəngin və minbir dərdin dərmanı BƏNÖVŞƏYİ KARTOF — FOTOLAR
Son illər bənövşəyi kartofa tələb bütün dünyada artıb.

“Ölkə.Az” xəbər verir ki, adi kartofa bənzəsə də, tərkibi çox fərqli olan bənövşəyi kartof Amerika və Avropada geniş istifadə edilir. Bizi maraqlandıran isə bu kartofun bir çox xəstəliyə qarşı yaxşı vasitə olmasıdır.

İlk dəfə 7 min il əvvəl Cənubi Amerikadakı İnk krallarına məxsus, tanrıların qidası kimi qəbul edilən bənövşəyi kartof Amerika qitəsinə məxsusdur.
ABŞ kənd təsərrüfatı nazirliyinə əsasən, tünd bənövşəyi kartofun tərkibində digərlərinə nisbətən antioksidantın miqdarı dörd dəfə çoxdur. Hazırda bəzi ölkələrdə becərilir.

Bənövşəyi kartof karbonhidrat, potasium, C vitamini, foli turşusu və dəmir mənbəyidir.

Dadı şirindir. Bəzi alimlər bildirirlər ki, bənövşəyi kartofun tərkibində qan damarları üçün faydalı olan və təzyiqi aşağı salan maddələr var. Bundan başqa tərkibində hüceyrələri qoruyan və orqanizmi yaxşılaşdırmağa kömək edən antosiyanın kimyəvi birləşmələri də var.
Tədqiqatlar sübut edib ki, gündə 6-8 ədəd bənövşəyi kartof yeyən insanlarda kökəlmə riski yoxdur.






A vitamini, C vitamini və maqnezium immunitet sisteminə çox faydalıdır.

Tərkibindəki antosiyanin xərçəng riskinin qarşısını alır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.