“Nə qədər ki, hakim komandada xəyanətkarlar var...” – Partiya sədrindən xəbərdarlıq

27-08-2018, 13:36           
“Nə qədər ki, hakim komandada xəyanətkarlar var...” – Partiya sədrindən xəbərdarlıq
"Biz 26 ildir xarici dövlətlərə arxayın olduğumuz üçün torpaqlarımız hələ də işğal altındadır. Ermənilər isə Qarabağda quruculuq işləri görür. Belə bir şəraitdə Merkeldən, ya digərindən müsbət nəsə gözləməyə dəyməz”.


Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, Merkelin Azərbaycandan umacağı var, yəni, bura maraqlarını təmin etməyə gəlib:

"Onun səfər zamanı Qarabağlı bağlı sərgilədiyi mövqe də bunu göstərdi. Onlar bizim sərvətlərimizə göz dikiblər. Əgər ədalət istəsəydilər, təcavüzkarlarla bağlı sərt mövqe qoyardılar. Ermənistanda müsbət mesajlar verdi, bizə gələndə görülən işlərin üzərinə kölgə salacaq açıqlamalar verdi. Bilirsiniz, bu gün xarici dövlətlər Azərbaycanı poliqona çevirmək istəyirlər. Ona görə də biz onlardan müsbət nəsə gözləməməliyik. Nə qədər ki, onun bunun ağzına baxacayıq, bu gündə olacağıq. Nə qədər ki, milli qürurumuz özümüzə qayıtmayıb, Azərbaycan xalqı Prezidentin ətrafında tam birləşməyib, problemlərimiz davam edəcək”.

Partiya sədri onu da nəzərər çatdırıb ki, hakimiyyətin daxilində də ciddi problemlər var və getdikcə gərginləşməkdədir. Onun sözlərinə görə, ölkə prezidentinin təklənməsi prosesi gedir:

"Hər zaman demişəm, nə qədər ki, hakim komandada xəyanətkarlar var, ölkədə vəziyyəti düzəltmək mümkün olmayacaq. Bu vəziyyət davam edəcəyi təqdirdə, nə Qarabağ alınasıdır, nə islahatlar aparılasıdır. Bu hakimiyyəti nüfuzdan salan indiki oliqarxlardır. Komandaya gətirilən gənc kadrlar da özlərini doğrultmurlar, başları kef-damağa qarışıb. Heç bir şeydən başları çıxmır. Hər gün qiymətlər qalxır. Camaatın vəziyyəti ağırlaşır. Məmurlar özlərini padşah kimi aparırlar. Təəssüf ki, biz də tam mənasında ölkə başçısına kömək edə bilmirik. Məmurların harın hərəkətləri, özbaşınalıqları, qanunsuz əməlləri Merkellərə, Tramplara Azərbaycana təzyiq göstərmək üçün əsas verir. Ona görə də hər şeydən öncə komandanı bu xəyanətkar məmurlardan təmizləməliyik”.


MMP sədri onu da nəzərə çatdırıb ki, hakimiyyətdəki köhnə düşüncəli adamları da yola salmaq lazımdır. "Nə qədər ki, Əli Həsənov, Hacıbala Avutalıbov kimi adamlar qalıb ölkədə vəziyyət daha da ağırlaşacaq. Hamısı deyir ki, hər şey yaxşıdır. Xeyr. Ölkədə heç bir şey yaxşı deyil. Ciddi islahatlara başlamaq lazımdır ki, bu ağır durumdan çıxaq. Amma bir daha deyirəm ki, mən bu mübarizədə hər zaman İlham Əliyevin yanında olacağam. Xəyanətkarlara imkan vermərəm ki, dövlətə, dövlətçiliyə, Prezidentə zərbə vursunlar” – deyə H.Hacıyev fikrini tamamlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.