Yüksək təzyiq xəstələri həkimə nə vaxt getməlidir? - Hipertenziya ilə bağlı mühüm məlumatlar

2-09-2018, 22:02           
Yüksək təzyiq xəstələri həkimə nə vaxt getməlidir? - Hipertenziya ilə bağlı mühüm məlumatlar
Nəzarət olunmayan hipertenziya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

BakuPost Medicina.az-a istinadən xəbər verir ki, arterial təzyiq sizin ürəyinizin vurduğu qanın həcmi və arteriyalarınızın rezistentliyi ilə təyin olunur. Ürəyiniz nə qədər çox qan vurursa və damarlarınız nə qədər dardırsa təzyiqiniz o qədər yüksək olur. Yüksək təzyiq demək olar ki, hər kəsi zədələyə bilir. Lakin xoşbəxtlikdən asanlıqla diaqnozu qoyulur və dərmanlar vasitəsi ilə idarə edilə bilir.

Əlamətlər

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

Həkimə nə zaman getməli

20 yaşından yuxarı şəxslərin iki ildən bir arterial təzyiqlərini müayinə etməkləri gərəkdir. Təzyiqi adətən əczaxanalarda və ya poliklinikalarda müayinə etdirmək olar.Əgər hipertenziya diaqnozu qoyulmuşsa bundan sonra təzyiqinizi daha tez-tez müayinə etdirməli və təzyiqinizi həkimin məsləhət gördüyü dərmanlarla idarə etməyə çalışmalısınız.

Səbəblər

Xəstəliyin iki növü var.

İlkin hipertenziya

90-95% hallarda səbəbləri aydınlaşdırmaq olmur. İllər boyu yavaş-yavaş inkişaf edir.

İkincili hipertenziya

5-10 % hallarda isə xəstəliyə aşağıdakı hallar səbəb olur. Bu tip hipertenziyalar ikincili adlanır. Qəfil başlanır və təzyiq yüksək rəqəmlərə çatır. Səbəblər əsasən aşağıdakılardır:

- Böyrək xəstəlikləri
- Böyrəküstü vəzi şişləri
- Ürək qüsürları
- Bəzi dərmanlar: hamiləlik əleyhinə, soyuqlama əleyhinə,ağrıkəsicilər.
- İlleqal dərmanlar, kokain, amfetaminlər.

Risk faktorları:

- Yaş. Yaş artdıqca xəstəliyin əmələ gəlmə riski artır. Orta yaşlarda yüksək arterial təzyiq kişilərdə çox rast gəlinir. Qadınlarda isə adətən menopauzadan sonra bu hal müşahidə olunur.

- İrq. Yüksək arterial təzyiq neqroid irqinin təmsilçilərində daha çox rast gəlinir. Və adətən ağırlaşmalarla müşayiət olunur.

- Ailə tarixçəsi. Adətən irsiyyətin burda rolu olur.

Sizin idarə edə biləcəyiniz risk faktorları:

- Artıq çəki. Çəkiniz artıq olduqca orqanizminizə də o qədər çox qan lazım olur. Və qanın artması da təzyiqin artmasına səbəb olur.

- Fiziki aktiv olmamaq. Sizin fiziki aktiv olmamağınız ürəyinizin işini artırır və ürək vurğularının tezliyi artmış olur.

- Tütün istifadə edilməsi. Bu tip tüstülər sizin arteriyanızın divarını zədələyir. Bu da arteriyaların divarının daralmasına və təzyiqin yüksəlməsinə səbəb olur.

- Qidalarda duzun çox istifadəsi. Duzun çox istifadəsi mayenin orqanizmdə toplanmasına, bu da təzyiqin qalxmasına səbəb olur.

- Qidanızda kaliumun az olması. Kalium sizin hüceyrələrdə duz balansını saxlamağa kömək edir. Kifayət qədər kalium istifadə etmirsinizsə qidanızsa bu duzun orqanizmdə yığılmasına və təzyiqin qalxmasına səbəb olur.

- Alkoholun istifadəsi. Zaman keçdikcə alkohol içmə sizin ürəyinizi zədələyir.

- Stress. Yüksək stress təzyiqin qalxmasına səbəb olur.

- Xronik vəziyyətlər. Xronik vəziyyətlər təzyiqin yüksək olmasına gətirib çıxarır. Məsələn, şəkərli diabet, böyrək xəstəlikləri, yüksək xolesterol, yuxu apnoyesi.

Bəzən hamiləlik də yüksək arterial təzyiqə səbəb olur. Hipertenziya bəzən uşaqları da zədələyə bilir. Böyrək və ürək xəstəlikləri uşaqlarda təzyiqin qalxmasına səbəb olur.

Ağırlaşmalar

- Arteriyaların zədələnməsi. Bu halda arteriyalarda ateroskleroz əmələ gəlir.
- Anevrizma. Yüksək təzyiq damarları zədələyərək anevrizmanın əmələ gəlməsinə səbəb olur. Anevrizmanın divarı zədələməsi həyati təhlükəli ola bilər.
- Ürək çatmazlığı. Qanı damarların yüksək təzyiqinə qarşı qovmaq ürək əzələsini zəiflədir. Bu da gələcəkdə ürək çatmazlığına səbəb olur.
- Beyində zədələnmiş və ya blok olunmuş damarlar. Yüksək təzyiq beyin qan dövranını pozur və insulta səbəb olur.
- Böyrəklərdə zədələnmiş və daralmış damarlar. Bu hal orqanları normal fəaliyyət göstərməyə qoymur.
- Göz damarlarında dəyişikliklər. Yüksək təzyiq göz damarlarının cırılmasına, daralmasına, nəticədə görmənin itməsinə səbəb olur.

Test və diaqnoz

Təzyiq sfiqmomanometr adlanan cihazla ölçülür. Civə sütunu ilə qiymətləndirilir. Bu zaman 2 rəqəm alınır ki, bunlardan biri sistola, yəni ürəyin yığılma anında olan təzyiqi, digər isə ürəyin diastola, yəni boşalma anında əmələ gələn təzyiqidir.

Son təsnifatlara görə arterial təzyiq 4 kateqoriyaya bölünür:

- Normal qan təzyiqi. Bu halda təzyiqiniz 120/80 mm Hg-dan aşağıdır.

- Prehipertenziya. Bu halda sistolik təzyiq 120-139 arası, diastolik təzyiq isə 80-89 arası olur. Adətən prehipertenziya diaqnozu qoyulan adamlar 4 il ərzində hipertenziya fazasına çatırlar.

- Hipertenziya 1-ci dərəcə. 140-159 mm Hg arası sistolik təzyiq, 90-99 mm Hg arası diastolik təzyiq olur.

- Hipertenziya 2-ci dərəcə. Sistolik təzyiq bu halda 160 mm Hg və daha yüksək, diastolik təzyiq isə 100 mm Hg və daha çox olur.

Bundan əlavə olaraq sizə EKQ-Elektro Kardio Qrafiya, qan analizləri, sidiyin analizi məsləhət görüləcək.

Müalicə və dərmanlar

Müalicə aşağıdakı hallarda başlanır:


140/90 mm Hg və ya aşağı Əgər siz sağlamsınızsa
130/80 mm Hg və ya aşağı Əgər xronik böyrək xəstəliyiniz, diabet və ya koronar arteriya xəstəliyiniz varsa
120/80 mm Hg və ya aşağı Ürək çatmazlığı, xronik böyrək xəstəliyi varsa

Müalicə məqsədi ilə istifadə olunan dərmanlar:

- Sidik qovucular. Orqanizmdə olan duzu və suyu xaric etməyə kömək edir.

- Beta blokatorlar. Bu dərmanlar ürəyin işini azaldır, yəni ürək vurğularının sayını azaldır, damarlarınızı genişləndirir.

- Angiotenzin çevirici fermentin inhibitorları. Damarları daraldan fermenti blok etməklə damarları genişləndirir, nəticədə təzyiq düşür. Angiotenzin II reseptor blokatorları. Bu dərmanlar reseptorları blok etməklə təsir edir.

- Kalsium kanalı blokatorları. Bu dərmanlar damar divarının əzələlərinə təsir etməklə damarları genişləndirir.

- Əlavə olaraq alfa blokatorlar, alfa-beta blokatorlar, mərkəzi təsir edən dərmanlar, vazodilattorlar işlədilir.

Təzyiqiniz normallaşdıqdan sonra həkim sizə ürək xəstəliklərinin qarşısını almaq üçün aspirin içməyi də məsləhət görə bilər.

Rezistent hipertenziya: Çətin idarə olunan hipertenziyadır

Əgər 3 müxtəlif dərman qəbul etməyinizə baxmayaraq təzyiqiniz yuxarı rəqəmlərdə qalırsa, bu rezistent hipertenziya ola bilər. 4 müxtəlif dərmanla hipertenziya idarə olunursa bu da rezistent pnevmoniya sayıla bilər.

Lakin rezistent hipertenziya hələ o demək deyil ki təzyiqi idarə etmək mümkün deyil. Ola bilər ki, sizin hər hansı bir böyrək xəstəliyiniz və ya yuxu apnoeniz var. Səbəblərin aydınlaşdırılması təzyiqin idarə edilməsinin asanlaşmasına gətirib çıxarır.

Ola bilsin ki, sizin dərmanlarınızın dozası və ya kombinasiyası düzgün deyil.

Əlavə olaraq sizin başqa xəstəliyinizə görə qəbul etdiyiniz dərmanlar da nəzərdən keçirilməlidir, çünki dərmanlar bir-biri ilə qarşılıqlı təsirə girə bilər və bir-birinin təsirini azalda bilər.

Əgər sizə yazılan dərmanları yadınızdan çıxdığına görə və ya baha olduğuna görə qəbul edə bilmirsinizsə bu barədə həkiminizlə açıq məsləhətləşin.

Həyat tərzi:

Həyat tərzini dəyişmək sizə təzyiqinizə nəzarət etməyə kömək edə bilər.Sizin edə biləcəkləriniz:

- Sağlam qidalanma. Az piyli qidalardan istifadə etmək, gündəlik rasionda meyvə və tərəvəzin geniş istifadəsi, kaliumlu qidaların istifadəsi nəzərdə tutulur.

- Qidada duzun azaldılması. Sağlamlar üçün duzun gündəlik limiti 2,4 milliqramdir. Gündəlik 1,5 milliqram artıq xəstələrin təzyiqinə təsir edir. Bunu ardan qaldırmaq üçün az duzlu qidalardan istifadə etmək məsləhətdir.

- Çəkinin azaldılması. Kök adamlarda hətta 2,3 kq çəkinin azaldılması arterial təzyiqi aşağı sala bilər.

- Fiziki aktivliyi artırmaq. Gündəlik hətta 30 dəqiqəlik fiziki aktivlik müsbət təsir edə bilər.

- Alkohol limiti.

- Siqaret çəkməmək. Bu sizin damarlarınızı zədələyir və son nəticədə təzyiq yüksəlir.

- Stressi idarə edin. Stressi mümkün qədər azaltmaq məsləhətdir ki, buna da kifayət qədər gündəlik yuxu normasını almaq, əzələ relaksasiyası, dərindən nəfəsalma ilə nail olmaq olar.

- Təzyiqinizi evdə vaxtaşırı ölçün.

Problemi aradan qaldırmaq

Hipertenziya elə bir xəstəlik deyil ki, onu müalicə edəsiniz və bununla bitsin. Hipertenziya həyatınız boyu sizi müşaiət etdiyindən onun qarşısını almaq üçün həyat tərzinizi dəyişməlisiniz:

- Dərmanlarınızı vaxtlı-vaxtında qəbul edin. Əgər dərmanların əlavə təsirləri sizi narahat edirsə dərmanı qəbul etməyi dayandırmayın, həkiminizlə bu təsiri necə ardan qaldırmaq barədə məsləhətləşin.

- Reqular həkim müayinəsinə gedin.

- Sağlam həyat tərzi keçirin: Sağlam qida, çəkinin azaldılması, fiziki aktivlik, alkohol limiti, siqaret çəkməmək.

- Stressi idarə etmək. Çalışın müsbət hadisələrdə özünüzü kökləyin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.