"MTN işi"ndə dövlət ittihamı yüksək keyfiyyətlə müdafiə edilib - Hərbi Prokurorluq

12-09-2018, 12:20           
"MTN işi"ndə dövlət ittihamı yüksək keyfiyyətlə müdafiə edilib - Hərbi Prokurorluq
“Məhz dövlət ittihamçılarının vəsatətləri əsasında hərbi məhkəmələr tərəfindən hərbi hissələrdə səyyar məhkəmə iclaslarının keçirilməsinin nəticəsi olaraq, son illər ərzində məsuliyyətə cəlb edilmiş hərbi qulluqçuların sayında, eləcə də qəsdən adam öldürmə və özünü öldürmə cinayət hadisələrinin sayında azalma müşahidə edilib”.

Open.az-ın xəbərinə görə, bu barədə Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi şöbəsinin rəisi, ədliyyə polkovniki Aydın Ələsgərov deyib.

A.Ələsgərovun sözlərinə görə, rəhbəri olduğu şöbə tərəfindən indiyədək bir sıra ağır və çoxepizodlu, eləcə də ictimai maraq doğuran cinayət işlərinin məhkəmələrdə baxılmasında dövlət ittihamının müdafiəsi təmin olunub.

“Belə ki, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı və daha 24 nəfər mülkü şəxs və hərbi qulluqçuların təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş külli miqdarda mənimsəmə yolu ilə talamış, təkrarən rüşvət almış, dövlət vəsaitini israf etmiş, rəsmi sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı etmələri faktları üzrə CM-nin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair, eləcə də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin mütəşəkkil dəstə tərkibində hakimiyyətdən və öz qulluq mövqelərindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə sui-istifadə etmə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaları, külli miqdarda pul vəsaitləri və əmlakların ələ keçirilməsi faktına dair yüksək rütbəli zabitlərinin CM-nin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işlərinə hərbi məhkəmələr tərəfindən baxılarkən, həmin işlərdə dövlət ittihamı yüksək keyfiyyətlə müdafiə edilib, verilmiş ittiham üzrə şəxslər tam təqsirli bilinərək, barələrində ittiham hökmləri çıxarılıb”, - deyə A. Ələsgərov vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.