“Bakcell” mobil telefonunu satışa çıxarmağa hazırlaşır

18-12-2018, 18:25           
“Bakcell” mobil telefonunu satışa çıxarmağa hazırlaşır
“Bakcell” MMC gələn il mobil telefonunu satışa çıxaracaq.

“Report” xəbər verir ki, bu barədə “Bakcell”in yeni satış mərkəzinin açılışında iştirak edən şirkətin direktoru Nikolay Bekers bildirib.

“Gələn ilin I rübündə mobil telefonumuzu müştərilərə təqdim edəcəyimizə ümidliyik. Telefon bütün müasir funksiyalara malik olacaq, sərfəli qiymət və satış şərtləri ilə insanlara təklif ediləcək”, - deyə o, qeyd edib.

Onu da deyək ki, “Bakcell”in yeni satış mərkəzindən mobil telefon alanlar bu ilin sonuna qədər şəbəkədaxili limitsiz danışıq dəqiqələri və internetə çıxış imkanı əldə edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru