NÖVBƏTİ TƏDBİR AĞALIQ KƏNDİNDƏ BAŞ TUTDU

13-03-2019, 18:09           
NÖVBƏTİ TƏDBİR AĞALIQ KƏNDİNDƏ BAŞ TUTDU
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ağalıq kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, məktəblərin pedaqoji heyəti və rayon ziyalıları iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra çıxış edən RPŞ-ni rəisi, polis polkovniki Məhəmməd İbrahimov müasir dövrümüzün ən ağrılı problemlərindən biri olan və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanın fəsadlarından bəhs edib. O bildirib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmurlar. Hamin maddələrdən istifadə etdikdə isə onlarda dəhşətli vasitəyə ömürlük asılılıq yaranır, vaxt keçdikcə cəmiyyətdən təcrid olunmağa başlayırlar. Ona görə də, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür.
Daha sonra erkən nigah və dini radikalizm mövzusunda danışan M.İbrahimov, cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumat verib.
Tədbirdə çıxış edən digər iştirakçılar, keçirilən maarifləndirici tədbirin mahiyyətindən danışaraq, təşkilatçılığa görə Şabran RPŞ-nin əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri barədə qısametrajlı film göstərilib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.