Mənşəyi məlum olmayan 540 kg ət aşkar olunub - FOTO
29-03-2019, 10:30
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi , eləcə də Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti tədbir nəticəsində insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısı alınıb. Daxil olan məlumat əsasında martın 28-də Ağdaş rayonu Yuxarı Ləki kənd ərazisində keçirilmiş birgə tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Şirin Kərimlinin idarə etdiyi “ Ford” markalı avtomobil saxlanılıb. Həmin avtomobilin yük yerinə baxış keçirilən zaman 534 kq çəkidə mənşəyi məlum olmayan ət aşkar olunaraq götürülüb. Ətdən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratororiyasına göndərilib. Ş. Kərimli izahatında həmin əti satmaq məqsədilə Bakı şəhərinə aparmaq istədiyini bildirib.