QƏLBLƏRDƏ YAŞAYAN ÜMUMMİLLİ LİDER

10-05-2019, 18:04           
QƏLBLƏRDƏ YAŞAYAN ÜMUMMİLLİ LİDER
Teref.az - Şabran Rayon Polis Şöbəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirin əvvəlində polis əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə təzə-tər çiçəklər düzüblər.
Daha sonra Polis Şöbəsinin inzibati binasında davam edən tədbirdə çıxış edən şöbənin rəisi, polis polkovniki Məhəmməd İbrahimov Ulu öndərin həyatından, müasir Azərbaycan dövlətinin müstəqilliyi və inkişafı yolunda gördüyü əvəzsiz xidmətlərdən danışıb. M.İbrahimov bildirib ki, Ümumilli lider H.Əliyevin Azərbaycanın tarixində xüsusi yeri vardır. Məhz müstəqilliyin ilk illərində parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətimizin xilas edilərək gücləndirilməsi, ordu quruculuğu, ictimai-siyasi vəziyyətin sabitləşməsi, qazanılan sosial-iqtisadi nailiyyətlər H.Əliyevin adı ilə bağlıdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti artıq dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır.
Sonra çıxış edən RPŞ-nin TİQ-nun baş inspektoru, polis polkovnik-leytenantı Ramiz Teymurov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə əvəzsiz fəaliyyətindən danışıb.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.