İsmayıllı məktəbliləri Yaponiyanın İto şəhərinə yola düşürlər

26-07-2019, 08:45           
İsmayıllı məktəbliləri Yaponiyanın İto şəhərinə yola düşürlər
Bir neçə ildir ki, İsmayıllı şəhəri Yaponiyanın İto şəhəri ilə qardaşlaşıb və işgüzar əlaqələr nümayəndə heyətlərinin, müəllim və şagirdlərin səfərləri ilə davamlı xarakter alıb. İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdi Rəşad Babayev və 1 saylı tam orta məktəbin şagirdi Samir Osmanlı şəhər 5 saylı tam orta məktəbin ingilis dili müəllimi Arzu Məmmədovanın rəhbərliyi ilə 01-13 avqust 2019-cu il tarixdə Yaponiyada olacaqlar.
Bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yaponiyaya gedəcək pedaqoji sahənin nümayəndələri ilə RİH-nin konfrans zalında görüş keçirib. Tədbirdə məktəb direktorları, ictimaiyyət nümayəndələri, RİH başçısının müavinləri, valideynlər iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşü giriş nitqi ilə açaraq Yaponiya, xüsusilə İto şəhəri barədə nümayəndə heyətinə müfəssəl məlumat verib. Qeyd edib ki, onlar Yaponiyaya Azərbaycanın təmsilçisi kimi gedirlər. Festivalda iştirak edəcəklər. Elə davranmaq, elə hərəkət etmək, söhbətlərdə elə iştirak etmək lazımdır ki, ölkəmiz barədə Gündoğar ölkənin sakinlərinin məlumatı və nüfuzu daha da artsın. Nümayəndə heyətimiz olduqları yerlərdə öz simalarında ölkəmizə, xalqımıza bir daha hörmət qazandırsın. Həm də səfər zamanı yaponlarla görüşləri və söhbətlərindən çox şey götürməyə, çox şey öyrənməyə çalışsınlar.
Mirdaməd Sadıqov sonda səfərə gedənlərə “yaxşı yol” arzulayaraq qeyd edib ki, 10-15 il bundan əvvəl belə səfərləri təsəvvür etmək belə çətin idi. Bu şəraiti yaradan, Azərbaycanı Dünyaya tanıdan Prezidentimiz İlham Əliyevə minnətdarıq.
Yaponiyada əməkdaşlıq proqramı çərçivəsində səfərdə olmuş 5 saylı tam orta məktəbin ingilis dili müəllimi Şərafət Bayramov yeni nümayəndə heyəti ilə təcrübəsini bölüşüb. Valideynlər və şagirdlər ölkə rəhbərinə minnətdarlıq, icra hakimiyyəti başçısına təşəkkür ediblər.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov gənc nəsilə, təhsilin inkişafına göstərdiyi qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib, sonra qeyd edib ki, səfərin təşkili üçün vacib olan məsələlər tam həllini tapıb. Heç bir çətinlik qalmayıb. Tam əminliklə bildirirəm ki, builki nümayəndə heyəti ölkəmizi, təhsilimizi yüksək səviyyədə təmsil edəcək.
O da qeyd edilməlidir ki, 2014-cü ildən İsmayıllı məktəbliləri ilə İto beynəlxalq “Home-stay” klubu arasında müəllim-tələbə əməkdaşlıq proqramı həyata keşirilir. Şəhər 1 saylı tam orta məktəbin bazasında, İsmayıllı məktəbliləri distant yolla yapon dilini, yaponlar da Azərbaycan dilini öyrənirlər.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.