Şəkidə 52 kq narkotik bitki məhv edilib

6-09-2019, 11:16           
Şəkidə 52 kq narkotik bitki məhv edilib
“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun İbrahimkənd kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində ümumi çəkisi 52 kiloqrama yaxın olan 225 ədəd narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru