Oğuzda 2 tondan artıq çətənə kolu məhv edilib - “Xaş–xaş 2019”

11-09-2019, 09:26           
 Oğuzda 2 tondan artıq çətənə kolu məhv edilib - “Xaş–xaş 2019”
“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Xaçmaz kəndi ərazisində 2 hektara yaxın ərazidə yabanı halda bitmiş hündürlükləri 60-70 sm , ümumi çəkisi 2 ton 200 kq olan 4150 ədəd narkotik tərkibli çətənə bitkiləri yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru