Polis oğruları “iş başında” yaxaladı

16-12-2019, 17:57           
Polis oğruları “iş başında” yaxaladı
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qarayazı kəndində xidmətdə olan zaman istismarı dayandırılmış elektrik naqillərinin 2 nəfər şəxs tərəfindən oğurluq məqsədilə kəsildiyini müəyyən edib, onları elə “iş başında” yaxalayıblar.
Dərhal əraziyə əməliyyat-istintaq qrupu cəlb olunub. İlkin araşdırma zamanı naqilləri oğurlamaq istəyən şəxslərin İsmayıllı rayonunun Qubaxəlilli kənd sakinləri-əvvəllər məhkum olunmuş Natiq Həsəni və Oqtay Şirinov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Oğurluq məqsədilə kəsilmiş naqillər və dəmirkəsən alətlər həmin ərazidən maddi sübut kimi götürülüb.
Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru