İsmayıllı rayonunda seçki demokratik və şəffaf keçib.

23-12-2019, 20:57           
İsmayıllı  rayonunda seçki demokratik və şəffaf keçib.
Dekabrın 23-də səhər saat 8:00-dan başlayan bələdiyyə seçkiləri İsmayıllı rayonunda 2 dairə üzrə 76 məntəqədə keçirilir. 86 saylı İsmayıllı seçki dairəsi üzrə yaradılan 69 və 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə yaradılan 7 məntəqədə seçki seçicilərin fəallığı ilə başlanılıb. Məntəqələrdə həyata keçirilən texniki-təşkilati işlər seçicilərin öz iradəsini sərbəst, maneəsiz ifadə etmələrinə imkan yaradıb. Buda öz növbəsində rayonda seçkinin demokratik və şəffaf keçməsini təmin edib. Əldə etdiyimiz məlumata görə məntəqələrdə heçbir problem yaşanmayıb. Seçki tam normal şəraitdə keçirilib. Rayon üzrə seçici fəallığı 33 faizdən çox olub.




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.