SOYĞUNÇULUQ EDƏN ŞƏXSLƏR AXTARILIR

26-12-2019, 19:31           
SOYĞUNÇULUQ EDƏN ŞƏXSLƏR AXTARILIR
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, Şabran rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər axtarılır.
Həmin şəxslərin əlamətləri belədir: hər ikisinin boyu təxminən 175-180 sm, arıq bədən quruluşlu, qısa qara saçlı və az saqqallı olublar. Hadisəni törədərkən əyinlərində cins şalvar və tünd rəngli üst geyimi olub. Lakin zərərçəkmişin üzünü aydın gördüyü soyğunçunun sol qulağında sırğa və sağ gözü ətrafında çapıq olub.
Zərərçəkənin ifadəsi əsasında soyğunçulardan birinin fotorobotu hazırlanıb.
Onları tanıyan və görənlər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şabran RPŞ-nə və ya şəhər telefonlarından 023-353-23-05 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru