Zaqatalada oğurluq edən şəxs isti izlərlə saxlanılıb

6-01-2020, 11:49           
Zaqatalada oğurluq edən şəxs isti izlərlə saxlanılıb
Yanvarın 5-i axşam saatlarında Zaqatala rayonu Dardoqqaz kənd sakini bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 550 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. Bu barədə TEREF.AZ-a DİN-dən verilən məlumatda deyilir.

Daxil olmuş müraciətlə əlaqədar Zaqatala RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxsin Bakı şəhər sakini 24 yaşlı Sənan Bayramov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı pullar maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru