Xaçmazda narkotacir ələ keçdi - FOTO

8-01-2020, 10:21           
Xaçmazda narkotacir ələ keçdi - FOTO
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.AZ-a verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini 44 Çingiz Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı Ç.Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.

Qeyd olunan faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru