ÜZƏRİNDƏN 500 QRAMA YAXIN MARİXUANA AŞKARLANDI

11-01-2020, 10:54           
ÜZƏRİNDƏN 500 QRAMA YAXIN MARİXUANA AŞKARLANDI
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az- a verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Cavanşir Qurbanov yaşadığı evin yaxınlığında saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar olunub.
Dindirilmə zamanı C.Qurbanov narkotik maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru