20 YANVAR - QAN YADDAŞIMIZ

18-01-2020, 20:13           
20 YANVAR - QAN YADDAŞIMIZ
Teref.az - Yanvarın 18-də Xızı Rayon Polis Şöbəsində 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, tədbirdə polis şöbəsinin kollektivi, təhsil şöbəsinin nümayəndəsi və rayon ziyalıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RPŞ-nin rəisi, polis polkovniki Faiq Hüseynov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna sovet qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilərək, dinc əhaliyə amansız divan tutulub. Həmin vaxt Moskvada yaşayan ulu öndərimiz Heydər Əliyev hadisənin ertəsi günü ailə üzvləri ilə birgə Azərbaycanın nümayəndəliyinə gələrək, bu qanlı cinayəti pisləyən bəyanat verib, xalqımıza qarşı törədilmiş haqsızlığı dünyaya çatdırıb, faciənin bütün günahkarlarının cəzalandırılmasını qətiyyətlə tələb edib. Ümummilli liderimiz xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirib.

Daha sonra çıxış edən təhsil şöbəsinin nümayəndəsi Zaur Zeynalov və digər tədbir iştirakçıları 20 Yanvar hadisəsi zamanı Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər və zorakılıqlar barədə geniş məruzələrlə çıxış ediblər.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.