Fəzail Ağamalının seçicilərlə görüşü davam edir.

18-01-2020, 21:22           
Fəzail Ağamalının seçicilərlə görüşü davam edir.
Yanvarın 18-də Neftçala rayonunun Qaraşaqlı kəndində seçicilərlə görüş öncəsi 1995-ci il mart ayında dövlət çevrilişinə cəhddə böyük igidlik göstərmiş Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Xanoğlan Məmmədovun anası ziyarət olundu, şəhidin büstü önünə çiçək dəstələri qoyuldu.
Görüşdə Fəzail Ağamalı ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, apardığı uğurlu xarici siyasət və son 4 ildə deputat kimi fəaliyyəti haqqında seçiciləri məlumatlandırdı.
Seçicilər ölkə prezidentinin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, bir sıra problemlərin üzərində dayandılar.
Görüş iştirakçıları Fəzail Ağamalının fəaliyyətini yüksək qiymətləndirdi və qarşıdan gələn Milli Məclisə seçkilərdə ona səs verəcəklərini önə çəkdilər.
Sonda F.Ağamalı yüksək dəstəyə görə seçicilərə təşəkkürlərini bildirdi.
Fəzail Ağamalının təbliğat-təşviqat kompaniyası davam edir.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru