İsmayıllı RİH başçısının növbəti görüş-qəbulu Qalagah kəndində keçirilib
23-01-2020, 16:55
Teref.az -İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri giriş nitqi ilə açaraq görüş-qəbula gələnləri salamlayıb və qeyd edib ki, İsmayıllı rayonu Azərbaycanın multikultiral rayonlarından biridir. Rayonun Qalagah kəndi isə multikultiral kənddir. Bu kənddə Ləzgilər, Kürdlər, Hapıtlar eləcədə Qərbi Azərbaycandan, Qazaxıstan və Gürcüstandan köçüb gələnlər mehriban yaşayırlar. Dövlətimizin və plkə rəhbərinin qayğısı bu kənddən də yan keçməyib. İsmayıllı-İvanovka-Hacıhətəmli asfalt yolu, İçməli su kəməri, 2 subartezin quyusu cənab Prezident İlham Əliyevin sərəncamı ilə çəkilib. 2019-cu ildə kəndə təbii qaz verilib. Həmçinin sahibkarlığın inkişafı üçün bütün lazımi şərait yaradılıb. RİH başçısı bu görülən işlərlə yanaşı kəndin həlli vacib problemlərinin də olduğunu bildirərək həmin problemləri dinləməyə gəldiyini bildirdi.
Kənd sakinləri kəndin ümumi problemlərindən, İsmayıllı-İvanovka-Hacıhətəmli asfalt yolunda təmir işlərinin aparılması, yararsız elektrik dirəkləri dəyişdirilməsi, istifadə müddətini başa vurmuş elektrik transformatorlarının yenisi ilə əvəz olunması, içməli su təchizatı yaxşılaşdırılması üçün yeni bir ədəd subartezian quyusunun qazılması, bələdiyyə tərəfindən kəndarası yolların abadlaşdırılmasına və vergilərin toplanmasına diqqəti artırması və şəxsi problemləri həlli barədə xahişlərini ediblər.
İrəli sürülən təkliflər, qaldırılan məsələlər RİH-nin başçısı Mirdaməd Sadıqov tərəfindən aid icra ünvanlarına yönəldilib.